Previous Next
Bağla

GəncApp mobil tətbiqinin təqdimatı keçirilib

30-09-2019 13:01
GəncApp mobil tətbiqinin təqdimatı keçirilib

Xeberler.az məlumat verir ki, sentyavrın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dövlət və özəl sektor, eləcə də beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi imkanlar, xidmətlər, tədbir və layihələri barədə məlumatları özündə birləşdirən vahid informasiya portalının - “GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə müxtəlif sahələrdə dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar barədə məlumat verib və “GəncApp” portalının bu imkanların gənclərə çatdırılmasınını əhəmiyyətindən danışıblar.

Vurğulanıb ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafının dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir. Bu siyasətin bariz nümunəsidir ki, dövlət tərəfindən gənclərin keyfiyyətli təhsil və dayanıqlı məşğulluq ilə təmin olunması, onların şəxsi inkişaf və asudə vaxtının səmərəli təşkili, beynəlxalq təmsilçiliyinin artırılması, sağlamlığının mühafizəsi və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələri üçün geniş imkanlar yaradılıb.

“GəncApp” mobil tətbiqinin yaradılma məqsədi gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər barədə ən son xəbərlər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və xidmətləri barədə ətraflı məlumatların gənclərə vahid mərkəzləşdirilmiş elektron formada effektiv şəkildə çatdırılması, eyni zamanda, gənclərə tətbiq üzərindən bu xidmətlərdən yararlanmaq imkanı tanımaqdır.

Daha sonra “GəncApp” mobil tətbiqinin təqdimat videoçarxı nümayiş etdirilib. Tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr, mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq imkanı təklif edir. Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər elanları barədə “GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə bu imkanlardan yararlana biləcəklər.

Son illərdə ölkədə geniş vüsət alan könüllülər hərəkatında gənclərin iştirak imkanı da tədbiqdə nəzərə alınmışdır. Belə ki, “GəncApp” könüllük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşmaq, ictmai faydalı işlərə cəlb olunmaq və bilik və bacarıqlarını artırmaq imkanı da təklif edir.

“GəncApp”ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar, olimpiya komplekslərini daha da əlçatan edir.

Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına sahib olacaq. Yeni mobil tətbiq şəxsi kabinetdən fəaliyyət tarixçəsini izləməklə yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil tətbiqin 3 dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.

“GəncApp” tətbiqinin yaradılması Prezident İlham Əliyevin ölkə gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin növbəti nümunəsi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
GəncLİK proqramının açılış mərasimi keçirilib

GəncLİK proqramının açılış mərasimi keçirilib

08-10-2019
Nar gənclərə karyera qurmaqda dəstək olur

Nar gənclərə karyera qurmaqda dəstək olur

10-12-2018
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

09-06-2026
Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

Gənclərin Süni İntellekt Forumu rəqəmsal gələcəyə hazırlıq məqsədi daşıyır

20-06-2025
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) internet saytı fəaliyyətə başladı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) internet saytı fəaliyyətə başladı

29-10-2010
Nar ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik edib

Nar ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik edib

03-02-2020
Gənc liderlər Azərkosmosda olublar

Gənc liderlər Azərkosmosda olublar

14-01-2020
Azərbaycanda ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli yaradılır

Azərbaycanda ilk dəfə olaraq “Gənclər Hökuməti” modeli yaradılır

07-11-2013
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019
Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

12-06-2019
Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018
Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği üçün layihələrin icrasına başlanılacaq

Gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği üçün layihələrin icrasına başlanılacaq

09-09-2013
Gənclər Fondu qrant müsabiqəsi elan edib

Gənclər Fondu qrant müsabiqəsi elan edib

22-05-2026
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi   

“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi  

12-08-2022
Regionlarda gənclərin innovativ layihələrinə dəstək göstərilir

Regionlarda gənclərin innovativ layihələrinə dəstək göstərilir

24-08-2016
“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

30-04-2025
Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

Bakıda “Gənclər üçün Süni İntellekt Forumu” keçirilir

02-05-2025
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib

20-06-2025
Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

Nar tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir

11-06-2019
Youth Speak Forum 2019 başa çatıb

Youth Speak Forum 2019 başa çatıb

25-06-2019
Nar-dan gənclərə karyera fürsəti

Nar-dan gənclərə karyera fürsəti

14-03-2019
Azərbaycanda gənclər üçün peşə seçimi ilə bağlı portal istifadəyə verilib

Azərbaycanda gənclər üçün peşə seçimi ilə bağlı portal istifadəyə verilib

23-04-2013
Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013
Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar

Beynəlxalq forumun iştirakçıları "ASAN xidmət"də olublar

30-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə