Previous Next
Bağla

Bakıda yeni Biznes İnkubasiya Mərkəzi açılıb

22-10-2015 22:58
Bakıda yeni  Biznes İnkubasiya Mərkəzi açılıb

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC), Gənclər və İdman Nazirliyi və Coca-Cola şirkətinin birgə həyata keçirdiyi Youth Inc. gənc sahibkarlıq proqramı çərçivəsində Bakıda gənclər üçün Biznes İnkubasiya Mərkəzinin açılış mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Coca-Cola şirkətinin Azərbaycan üzrə market-meneceri Qabil Əhmədov, DVC-nin sədri Seymur Hüseynov, həmçinin proqramın tərəfdaş təşkilatları və media nümayəndələri iştirak ediblər.

Youth Inc. Biznes İnkubasiya Mərkəzinin yaradılmasının əsas məqsədi Azərbaycanda gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılması, şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərinin dəstəklənməsidir.

Açılış mərasimində çıxış edən DVC-nin sədri Seymur Hüseynov ruhlandırıcı dizayna malik mərkəzin gələcək sahibkarların öz ideyalarını daha effektiv reallaşdırması üçün bütün gərəkli avadanlıqlarla təchiz edildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, mərkəzdə gənclər bizneslərini qurmaq üçün tələb olunan müxtəlif resurslardan faydalana bilərlər.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən Youth Inc. proqramı Coca-Cola, Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. Youth Inc.-in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr həyata keçirib, 5 minə yaxın gənc seminarlarda iştirak edib. Bu istiqamətdə proqram çərçivəsində yeni fəaliyyətə başlayacaq Biznes İnkubasiya Mərkəzi Lev Tolstoy küçəsi, 131 ünvanında yerləşir.

Mərkəz Azərbaycan gəncləri üçün açıq tipli müstəqil biznes inkubator olaraq gənc sahibkarlara 20 nəfərin eyni vaxtda işləməsi üçün nəzərdə tutulmuş 165 kv.metr sahəli ofis məkanı və ləvazimatlar ilə yanaşı, müvafiq infrastruktur, maliyyə və investisiya, şəbəkələşmə, təlim-tədris proqramı, brendinq kateqoriyaları üzrə unikal xidmətlər təklif edir.

Mərkəz haqqında ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək mümkündür.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan startapları üçün daha bir imkan

Azərbaycan startapları üçün daha bir imkan

27-01-2016
Startaplar üçün qlobal konqresdə iştirak  imkanı

Startaplar üçün qlobal konqresdə iştirak imkanı

18-02-2016
Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

Youth Inc. qalib startaplara dəstək göstərəcək -Foto

14-06-2016
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016
Prezident startaplara dəstəyin vacibliyindən danışıb

Prezident startaplara dəstəyin vacibliyindən danışıb

02-02-2016
Gənc sahibkarlar üçün  biznes təlimləri başa çatıb- Foto

Gənc sahibkarlar üçün biznes təlimləri başa çatıb- Foto

13-07-2016
Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

Gənc sahibkarlar üçün müsabiqə-2500 AZN qazanmaq imkanı

18-04-2016
Youth Inc. mükafata layiq görülüb

Youth Inc. mükafata layiq görülüb

07-08-2019
Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

Gənc sahibkarlar investisiya ilə mükafatlandırılıb

01-08-2019
Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

Qubada Yeni Nəsil gənc sahibkarlar üçün növbəti təlimlər yekunlaşdı

13-02-2019
Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019
 Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017
New Generation Pitch Day təşkil olunacaq

New Generation Pitch Day təşkil olunacaq

18-07-2019
Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

Gəncədə sahibkarlıqla bağlı forum keçirilib -Foto

18-08-2016
“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start verildi

“Coca-Cola İlə Fərq Yarat” inkubasiya və akselerasiya proqramına start verildi

11-03-2020
Növbəti “Youth to Business Forum”u keçirildi

Növbəti “Youth to Business Forum”u keçirildi

12-05-2015
Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Könüllülük Gününə həsr olunmuş tədbir keçirilib

07-12-2018
Gənclər üçün yeni sayt!  WWW.YOUTH-AZ.COM

Gənclər üçün yeni sayt! WWW.YOUTH-AZ.COM

02-12-2008
Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

Gənclərin İT ideyalarının reallaşdırılması üçün növbəti imkan

14-11-2013
“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025
Lent.az mükafat aldı

Lent.az mükafat aldı

22-12-2010
GəncLİK proqramının açılış mərasimi keçirilib

GəncLİK proqramının açılış mərasimi keçirilib

08-10-2019
Youth Speak Forum 2019 başa çatıb

Youth Speak Forum 2019 başa çatıb

25-06-2019
Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

Bakcell-in dəstəyilə daha iki gənc kiçik biznes qurdu

31-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə