Ölkənin lider onlayn ödəmə sistemi olan GoldenPay yeni məhsulunu istifadəyə verib.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, GoldenAgent məhsulu internet üzərindən 100 - dən çox xidmət üçün ödənişləri edərək gəlir əldə etmək üçün hazırlanıb.
Belə ki, artıq internetin olduğu istənilən cihazla GoldenAgent üzərindən ödənişləri edərkən real qazanc əldə etmək mümkün olacaq.
GoldenPay-in istifadəyə verdiyi məhsulların əsas missiyası insanların həyatını rahatlaşdıracaq vasitələr yaratmaqdır. Həm nağdsız ödənişləri stimullarşdırmaq, həm bölgələrimizdə problemə çevrilmiş ödəmə proseslərini sadələşdirmək, həm də, xüsusi ilə xidmət sektorunda çalışan vətəndaşlarımızın gəlirlərində müsbət dəyişiklik etmək məqsədi daşıyan GoldenAgent məhsulunun əsas üstünlükləri aşağıdakılardır.
Qeydiyyat sadəliyi
Golden Agent-ə qoşulmaq üçün xüsusi proqram tələb olunmur. Heç bir hüquqi sənədləşmə və ödəniş olmadan, tək şəxsiyyət vəsiqəsi ilə, internetin olduğu istənilən yerdə və vaxtda qoşulmaq mümkündür.
Təhlükəsizlik prioritetdir
Golden agent sizin ödəniş məlumatlarının təhlükəsizliyini də düşünür. Ödənişlərin təhlükəsizliyini təmin etmək məqsədilə dünyada məlumatların şifrələnməsi üzrə lider olan GeoTrust TLS/SSL Encryption tətbiq edilir. Bu təhlükəsizlik sistemləri sizin məlumatlarınızı şifrələyərək onları kənar müdaxilələrdən qoruyur. GoldenPay təqdim etdiyi bütün məhsullar üçün 100% ödəmə təhlükəsizliyinə zəmanət verir.
Ödənişli, yoxsa ödənişsiz?
GoldenAgent məhsulundan istifadə üçün aylıq cəmi 1 AZN ödəniş etməniz lazım olacaq. Lakin, aylıq dövriyyəsi kredit ödəmələri istisna olmaqla 1000 (min) AZN təşkil edən istifadəçi növbəti ay üçün xidmət haqqı ödəməyəcək.
Real qazanc
İstifadəçilər edəcəkləri ödənişlər müqabilində xüsusi bonuslar qazanacaqlar. Komissiyasız edəcəkləri ödənişlərə görə qazandıqları bonusları istənilən zaman elektron pul vəsaiti kimi xidmətlərin ödənişi zamanı istifadə edə biləcəklər. Ödənişlər üçün təqdim olunan faizlər veb səhifədə qeyd olunub. Balansa yüklənən bonus məbləğ nəğdləşdirilmədən sadəcə istifadəçi tərəfindən kommunal və sistemdə qeyd olunan digər ödəmələr aparılması zamanı istifadə edilə biləcək.
İlk ay 100 AZN bonus və ödəmə etmədən belə qazanmaq imkanı
GoldenAgent kampaniya ilə gəlir. Yalnız ilk ay ərzində hər qazanacağınız 100 AZN həcmində bonusa, bizdən əlavə 100 AZN bonus qazanacaqsınız. Əlavə olaraq qeydiyyatdan keçmiş istifadəçilərə xüsusi kod (referal) veriləcək. Referal adlanan bu kodu başqa istifadəçilərə də təklif etməklə həm onlara qazandıracaq, həm də özünüz qazanacaqsınız. Belə ki, həmin kodu istifadə edən digər şəxslər kod sahibinin referalları hesab olunacaqlar. Referalların həmin kodla qazandıqları bonusların 10%-ni siz də, qazanacaqsınız. Hər dəfə yeni referalların cəlb edilməsi ilə qazanılan bonuslar vasitəsilə növbəti ödəmələri pulsuz edə biləcəksiniz.
Həftənin 7 günü peşakar dəstək
Golden Agent sisteminin üstünlüklərindən biri də peşəkar müştəri xidmətlərinin mövcudluğudur. İstər *0713 telefonu vasitəsilə, istərsə də, [email protected] ünvanına email yazmaqla müraciət edə bilərsiniz.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri