Previous Next
Bağla

Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

26-01-2019 14:57
Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

Yanvarın 25-də Bakı Baş Gömrük İdarəsində idxal-ixrac əməliyyatları zamanı gömrük və vergi orqanları ilə münasibətdə şəffaf uçot sisteminin qurulması mövzusunda daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin hazırkı icra vəziyyəti və bununla əlaqədar tətbiq olunacaq yeniliklər müzakirə edilib.

Eyni zamanda, tədbirin müzakirə mövzusu gömrük əməliyyatlarından sonra vergi uçotunun düzgün aparılması, şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin leqallaşması, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsilə bağlı məsələlər olub.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət departamentinin baş direktoru Azər Məmmədov və daşıyıcı şirkətlərin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bildirib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Vurğulanıb ki, gömrük sistemində aparılan islahatlar, gömrük-biznes əməkdaşlığının inkişafı, məmur-vətəndaş təmasının minimuma endirilməsi, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində maneəsiz və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işlər artıq bəhrəsini verir.

İsmayıl Hüseynov çıxışında həmçinin "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında qurulan səmərəli əməkdaşlıqdan, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların müstəsna rolundan danışıb və daşıyıcı şirkətlərin nümayəndələrinə qanunvericiliyin tələblərinə uyğun şəkildə faəliyyət göstərməyi tövsiyə edib.

Vergilər nazirinin müşaviri Abdulla Tağıyev idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq və qanunvericiliyə uyğun şəkildə aparılması məqsədilə gömrük və vergi orqanları arasında səmərəli əlaqələrin qurulması istiqamətində görülən işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib. Abdulla Tağıyev sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını, vergi orqanlarının da bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra daşıyıcı şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşıl dəhliz buraxılış sisteminin tətbiqi ilə bağlı növbəti seminar keçirilib

25-01-2019

Nazirlikdə yeni departament yaradıldı

02-05-2018

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019

Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

22-04-2019

Qazaxıstan Azərbaycanda vergi sisteminin rəqəmsallaşması təcrübəsilə tanış olub

17-02-2024

Vergi ödəyicilərinə 63 e-xidmət göstərilir

20-12-2016

Gömrük Komitəsi: “Sahibkarlar mütləq elektron imza almalıdır”

14-01-2016

Sahibkarlar “Şəxsi hesab vərəqəsi” barədə məlumatlandırılıb

23-01-2023

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

Yeni elektron xidmətin təqdimatı keçirilib-Foto

11-01-2023

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

4 ölkə ilə gömrük sahəsində elektron məlumat mübadiləsi müzakirə edilib

09-02-2023

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Gömrük idarələrində elektron ödəmə terminalları quraşdırılıb

14-03-2019

Nazirlik Çağrı Mərkəzinin fəaliyyətini təkmilləşdirir

20-05-2016

İqbal Babayev: Blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik

12-04-2019

İlham Əliyev özünə yeni köməkçi təyin edib

25-01-2016

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019

Gömrük də "ASAN" laşdı

19-11-2018

Cavad Qasımov: Yaşıl dəhliz buraxılış sistemi üzrə 241 müraciət daxil olub

05-04-2019

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019

Dövlət Gömrük Komitəsi daha bir xidmətini elektronlaşdırıb

11-01-2023

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə