Previous Next
Bağla

“Asan İmza” ölkədə elektron cəmiyyəti formalaşdırır

11-05-2016 11:30
“Asan İmza” ölkədə elektron cəmiyyəti  formalaşdırır

Məlumat veriyimiz kimi, NETTY 2016 İnternet Mükafatının “İlin İKT hadisəsi” nominasiyası üzrə namizədlərin seçilməsi mərhələsi başa çatıb.

Xeberler.az-ın məlumatına görə,  bu  il qeyd edilən nominasiya üzrə qaliblər aşağıdakı namizədlər arasından seçiləcək:

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi: malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi sistemi;

Eurodesign şirkəti: Bakı-2015 – İlk Avropa Oyunlarının IT-infrastrukturunun yaradılması layihəsi;

Azərbaycan Qadınları İKT-də — FEMMES DIGITALES Klubu;

“Microsoft Imagine Cup 2015” layihəsi: Azərbaycan olan komandanın “İnnovasiyalar” kateqoiyası üzrə ikinci yerə layiq görülməsi;

Əlavə olaraq, namizədlərin seçimi zamanı aşağıdakı layihələr də nəzərdən keçirilib:

AccessBank QSC: “myAccess” layihəsi

WOWOMAN: Tech Tech Xanım layihəsi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti: SAP texnologiyası bazasında vahid idarəetmə platforması;

Qafqaz Universiteti: EQUE elektromobilləri

Qeyd edək ki,  yuxarıda qeyd edilən xidmətlərdən ikisi – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi sistemi və AccessBank QSC-nin “myAccess” internet bank platforması “Asan İmza” texnologiyası ilə inteqrasiya edilib və elektron xidmətlərin göstərilməsi prosesində mobil elektron imzadan istifadə edir.

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi prosesində şəffaflığın və səmərəliliyin ən yüksək səviyyədə təmin edilməsi və bu sahədə vətəndaş-məmur təmasının minimuma endirilməsi məqsədilə ölkədə elektron gömrük bəyannamələrinin tətbiqinə başlanılıb.

Belə ki, cari ilin 4 aprel tarixindən etibarən Elektron Hökumət Portalında (www.e-gov.az) Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xidməti fəaliyyət göstərir. Sözügedən elektron xidmətdən “Asan İmza” mobil elektron imza vasitəsilə istifadə edərək vətəndaşlar xaricdən gətirdikləri malları və nəqliyyat vasitələrini gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər.

Elektron gömrük bəyanetmə sisteminin tətbiqi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir.

Qeyd edək ki, “Asan İmza” texnologiyasının elektron gömrük bəyannaməsi prosesinə uğurlu tətbiqi Dövlət Gömrük Komitəsi ilə bu sahədə səmərəli əməkdaşlıq nəticəsində mümkün olmuşdur və ölkədə gömrük işinin təşkilinə innovativ yanaşmanın bariz göstəricisidir.

AccessBank QSC-nin “myAccess” elektron platforması bankın müştərilərinin öz vəsaitlərini fasiləsiz rejimdə idarə etmək imkanı verən müasir internet bank sistemidir. “myAccess” platforması müştərilərə bank xidmətlərindən asanlıqla və təhlükəsiz şəraitdə istifadə etməyə imkan verən “Asan İmza” mobil elektron imza xidmətini dəstəkləyir.

“myAccess” istifadəçiləri bank hesablarının, kartların, əmanətlərin və kreditlərin idarə edilməsi, pul vəsaitlərinin köçürülməsi və digər əməliyyatlardan yararlana bilər.

“Asan İmza” texnologiyası elektron mühitdə fərdi məlumatların və əməliyyatların tam təhlükəsizliyini və toxunulmazlığını təmin edir, bu isə bu texnologiyanın elektron mühitdə şəxsiyyətin təyin edilməsi məqsədilə istifadə olunan digər ənənəvi alətlərlə müqayisədə ən mühüm üstünlüyüdür.

Bu xususiyyətlərinə görə “Asan İmza” elektron/mobil hökumət infrastrukturunun açar komponentidir  və elektron cəmiyyətin formalaşmasına xidmət edir. 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Gömrük Komitəsində yeni elektron xidmət istifadəyə verildi

12-04-2016

Banklar “Asan İmza”dan effektiv istifadə edir

29-04-2016

“COVİD-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

02-07-2020

ASAN imza dünya üzrə xarici vətəndaşlara təqdim olunacaq

05-06-2017

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

Bank VTB ASAN imza xidmətini tətbiq edib

14-11-2015

"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

31-05-2021

Asan İmza ödənişsiz oldu

22-05-2020

“Asan İmza” AICT 2016 konfransında təqdim edilib- Fotolar

13-10-2016

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

15-10-2015

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013

“Asan İmza” ilə Unibank-ın xidmətləri telefonunuzda

25-04-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

Elektron imza ilə bağlı yenilik

03-08-2017

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə