Google, Sky Map, Picnic, Social Graph API ve Urchin-i bağlıyır

25-01-2012 / 01:24
Google bir neçə ay ərzində bəzi məhsullarını bağlayacağını qeyd edib. Bunların arasında online foto redaktoru Picnic, verilənlər bazası Needlebase, korporativ müştərilər üçün Google Message Continuity email Backup service ilə Google Analytics-in infrastrukturunda istifadə üzrə 2005-ci ildə satın alınan Social Graph API ve Urchin də var.
Bundan əlavə Google Sky Map Android-i də bağlamağa hazırlaşır. Hərçənd aralarındakı razılaşmaya əsasən, bu məhsulun inkişafı Carnegie Mellon Universitetində davam edəcək ancaq bu bir tələbə proyekti olaraq qalacaq.
Google Social Graph API ilə baglı açıqlamasında “istənilən istifadə səviyyəsinə gətirib çıxarmadı” deyerken, Message Continuity sevisinin bir neçə yüz müştəri tərəfindən istifadə edildiyini bildirib. Bağlanan proqramlar içərisində ən çox istifadə edilənlərdən biri də Picnic-di. Veb bazali online foto redaktoru olan Picnic üçün Google açıqlamasında Picnic qrupu bundan sonra Google məhsullarının hər birində foto editözəlliyini inkişaf etdirəcəyini bildirib.Google+ və Picasa yaradıcı paketləri də eyni xüsusiyyətləri təmin edəcək.
Adı çəkilən resursların dayandırılması fərqli vaxtlarda olacaq ; Picnic 19 apreldə, Social Graph API 20 apreldə, Needlebase isə iyunun 1-də bagladılacaq. Message Continuity sevisi son müştəri müqaviləsinə qədər, Urchin-in isə 2013-cü ilin mart ayına kimi davam edəcəyi gözlənilir. //xeberler.az/ Samir

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə