Bu gün beynəlxalq mobil telefon günüdür

03-04-2015 / 14:45

1974-cü ilin bu günü mobil telefon vasitəsilə ilk dəfə zəng edilib. Mobil telefonla ilk zəngi edən Martin Kuper adlı şəxs olub. Əvvəllər bu cihazlar yalnız hərbi gəmilərdə və tanklarda yerləşdirilib. Bu gün isə mobil telefonlardan musiqiyə qulaq asmaq, oyun oynamaq, videoya baxmaq, saat, kompüter və s. kimi istifadə olunur.

Maraqlıdır ki, ilk mobil telefon təxminən on kilo ağırlığında, daşınan qutudan ibarət olub. 1973-cü ilə qədər "mobil" cihazlar yalnız simsiz telefonlar, avtomobilin portativ versiyası kimi istifadə olunurdu.

1989-cu ildə istehsal edilən Motorola MicroTAC 9800X - ilk portativ telefondur. Bu telefonlar cibdə gəzdirmək deyil, nəqliyyat vasitələrinə quraşdırılma üçün nəzərdə tutulmuşdu.

İlk GSM telefon Nokia 1011 hesab olunurdu. O, 1994-cü ilə qədər istehsal edilib.

1996-cı ildə isə ilk qatlanan mobil telefon olan  Motorola Startac istehsal olunub.

Intel 386 prosessoru ilə işləyəm ilk smartfon isə Nokia Communicator 9000 telefonudur.

Nokia 7110 - WAP brauzerə malik ilk mobil telefondur.

Benefon Esc! - Daxili GPS-ə malik olan ilk modeldir. Bu telefon əsasən Avropada satılır.

Audio Mp3 funksiyaya malik ilk telefon isə Samsung SPH-M100 Uproar telefonudur.

Ericsson T39 - Bluetooth funksiyası olan ilk telefon olub.

Nokia 3510i - Multi-rəngli ekrana malik ilk çoxfunksiyalı telefon kimi yadda qalıb.  Sanyo SCP-5300 - daxili kameraya malik ilk telefon kimi xatırlanır. Nokia 7600 - Dünyanın ilk 3G smartfonlarından biridir.

Sony Ericsson K750 – 2005-ci ildə istehsal olunmuş 2 megapiksel kamerası olan ilk telefonlardan biridir. O2 XDA Flame - ikinüvəli PDA prosessoru olan ilk telefon Telefon T-Mobile G1 Google tərəfindən hazırlanana, iş sistemi Android ilə verilən ilk cihazdır. O, həmçinin HTC Dream kimi tanınır.

2011-ci ildə təxminən yarım milyard smartfon satılıb. Apple şirkəti keçən ilin son rübündə 37.0 milyon cihaz satan ən böyük tədarükçü olub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə