Previous Next
Bağla

Google "barmaq kompüter" istehsal edəcək

06-04-2015 09:56
Google "barmaq kompüter" istehsal edəcək

Texnologiya nəhəngi Google USB yaddaş kartı böyüklüyündə kompüter istehsal edəcəyini bildirib.

Google yeni məhsulu ilə diqqət çəkib. Şirkət USB yaddaş kartı böyüklüyündə bir kompüter istehsal edəcəyini hədəfləyir. Mini kompüter müxtəlif  böyüklükdə olan monitorlara bağlanaraq kompüter funksiyasını yerinə yetirəcək.

Google rəsmi blogu vasitəsilə bildirdiyi şərhdə Asus şirkəti ilə ortaq şəkildə təqdim edəcəyi "Chromebit" adındakı mini kompüterin yay aylarında bazara çıxarılacağını hədəfləndiyini açıqlayıb. Mini kompüterin qiymətinin 100 dollar civarında olması gözlənilir.

Mini kompüterin ofis üçün ideal olacağı, ancaq məktəb və şirkətlərdə isə rahat olmayacağı da bildirilib. Bir Google spikeri bluetooth funksiyası sayəsində kompüterin klaviatura və televiziyaya bağlana biləcəyini də ifadə edib.

 

                                                                                            Sevil Rəsulzadə

 

 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə