Ən güclü cib kompüteri təqdim edilib

05-05-2018 / 11:53

Çində Windows 10 sistemi ilə işləyən Mini PC adlı yığcam kompüter hazırlanıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, qurğunu istənilən çantaya, hətta cins şalvarın cibinə yerləşdirmək olar.

Çox sayda konnektorların istifadə edilməsi nəticəsində korpus nisbətən qalın alınıb və bu, qurğunun yığcamlığına xələl gətirir.

Mini PC qurğusunun korpusunda 4 ədəd USB, 1 ədəd USB Type-C, HDMI, LAN, qulaqlıqlar üçün 3.5 mm-lik konnektor və kartrider yerləşdirilib.

Qurğuya daxili 5 düymlük sensor ekrandan əlavə, istənilən monitor və ya televizoru qoşmaq olar. Kompüter Intel Atom x7-Z8750prosessoru, 8 Gb əməli yaddaş və 128/256/512 GB-lıq SSD daşıyıcı ilə təchiz edilib.

Bu xüsusiyyətlərinə görə istehsalçılar kompüteri öz sinfində ən güclü adlandırıblar.

Kompüter Windows 10 sistemi ilə işləyir, lakin istəkdən asılı olaraq Android sistemini aktivləşdirmək mümkündür. Dəstə qatlanan Bluetooth klaviatura daxildir.

Mini PC kompüterinin ilkin sifariş qiyməti 139 dollardır. İlk çatdırma 2018-ci ilin sentyabrına planlaşdırılıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.