Klaviatura formasında açılıb-bağlanan kompüter- Video

23-04-2016 / 12:04

Çinin Pipo şirkətinin təqdim etdiyi yeni unikal qurğular sırasında klaviatura formasında sadə və açılıb-bağlanan kompüterlər də var.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki,  sözügedən fərdi kompüterin arxa hissəsində enerjidoldurma, monitor, şəbəkə kabeli və periferiya qurğularının qoşulması üçün lazımi konnektorlar var. Kompüter, həmçinin daxili taçpadla təchiz edilib.

İstehsalçı belə hesab edir ki, sözügedən qurğu internetə çıxış imkanı və gündəlik işlərin yerinə yetirilməsinə ehtiyac duyan adi istifadəçilər tərəfindən bəyəniləcək.

Həmçinin klaviatura formasında hazırlanmış Pipo KB2 qurğusu tam şəkildə açılır və 2500 milliamper/saat tutuma malik daxili akkumulyator sayəsində bir neçə saat müddətində avtonom işləyə bilir.

Pipo KB2 qurğusu Intel Atom x5-Z8300 Cherry Trail  prosessoru, 4 QB əməli yaddaş, 64 QB daxili yaddaş, Bluetooth və Wi-Fi 802.11ac ilə təchiz edilib. Kompüter HDMI çıxış, yaddaş kartı üçün slot, microUSB, USB 2.0 və USB 3.0 konnektorları ilə təchiz edilib. Hər iki kompüter Windows 10 əməliyyat sistemi ilə işləyir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə