"Asus" çip istehsal edəcək

26-12-2025 / 18:55
"Asus" şirkəti çip istehsalına başlayır.

Xeberler.az "Wccftech" nəşrinə istinadən bildirir ki, şirkət bunu tədarük zəncirindəki asılılığı azaltmaq və öz kompüter istehsalını stabil saxlamaq üçün edir.

İstehsalın 2026-cı ilin ikinci rübünün sonunda başlanılması gözlənilir. Bu qərarın əsas səbəbi süni intellekt infrastrukturunun sürətli inkişafı nəticəsində yaddaş çiplərinə olan tələbatın kəskin artmasıdır.

Counterpoint Research şirkətinin proqnozlarına görə, 2026-cı ilin ortalarına qədər operativ yaddaş qiymətləri 50% bahalaşa bilər. Hazırda əsas istehsalçılar güclərini daha gəlirli olan süni intellekt çiplərinə yönəltdiyi üçün standart kompüter yaddaşlarında ciddi çatışmazlıq yaranıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə