Smartfon ölçülü mini-kompüter satışa çıxarılacaq

04-11-2015 / 10:58

Niderlandın The Hague şirkəti bazara professional fərdi kompüter və ya noutbukların tam funksiyaları ilə təchiz edilməyən yeni kompakt qurğu çıxaracaq. Ockel Sirius B adlanan mini-kompüter ilk növbədə sadə istifadəçilərin əsas tələbatını ödəmək üçün nəzərdə tutulur.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, qurğu Intel bazası əsasında işləyir və hazırda tərtibatçılar onun istehsalı üçün Indiegogo saytı vasitəsilə vəsait toplamaqla məşğuldurlar. Mini-kompüterin əvvəlcədən quraşdırılmayan əməliyyat sistemi ilə qiyməti 149 dollar, Windows 10 sistemli versiyasının isə 169 dollar təşkil edir.

Ockel Sirius B qurğusunun ölçüləri iPhone 6s və Galaxy S6 smartfon modellərinin ölçülərinə yaxın olmaqla 123x79x11 mm-ə bərabərdir. Onun çəkisi 120 qram təşkil edir ki, bu da qeyd olunan smartfonların çəkisindən təxminən 20 qram azdır. Kompüter 1 HDMI çıxışı, 2 USB portu, mikrofon və qulaqcıq üçün çıxış və “microSD” kartı üçün çıxışla təchiz edilib. Proqram təminatına həmçinin Atom Bay Trail prosessoru və Intel HD Graphics video kartı daxildir. Daxili yaddaşın tutumu 32 giqabaytdır. Bundan başqa, qurğu ikizolaqlı 802.11 a/b/g/n Wi-Fi və Bluetooth 4.0 texnologiyalarını dəstəkləyir.  

Ockel Sirius B yaradıcılarının sözlərinə görə, kompüterin tədarükünə Yeni il bayramı ərəfəsində başlanılacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə