Previous Next
Bağla

Google-da şəxsi məlumatları necə silməli?

24-01-2018 15:23
Google-da şəxsi məlumatları necə silməli?

Google şirkəti istifadəçilər haqqında çox məlumat alır, lakin bu barədə istifadəçi razılaşmasında dürüst şəkildə xəbərdarlıq edir. O, sizin şəbəkədə nə axtardığınızı, nə ilə maraqlandığınızı, daxil olduğunuz saytları və daha bir çox məlumatı bilir. Söhbət dünyanın ən tanınmış axtarış sistemi Google-dan gedir.

"Google servislərindən  istifadə edən zaman siz bizə şəxsi məlumatlarınızı etibar edirsiniz" – bu sözlərlə məxfilik siyasətinin təsvir olunduğu istifadəçi razılaşmasının bölməsi başlayır. Texnoloji şirkət öz istifadəçilərinə onları nələrin gözlədiyi barədə dəqiq məlumat verir. Lakin çoxları bilmir ki, Google “Mənim hərəkətlərim” bölməsində saxlanılan istənilən məlumatı silmək imkanı verir.

Şəbəkədə hərəkətlərimiz barədə məlumatları necə silməli?

Xeberler.az Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə(CERT) istinadən bildirir ki, Google axtarış sistemlərinə müraciət etdiyiniz zaman şirkət bu məlumatı hesabınızla əlaqələndirərək saxlayır.

Axtarış sistemi həmçinin hər bir hərəkəti, məsələn Google forma və ya anketlərinin doldurulması, həmçinin Gmail poçtu ilə işi qeydə alır. Bütün bu məlumatlar  "Mənim hərəkətlərim" səhifəsində toplanıb, məhz bu səhifəyə yönəlmək lazımdır. 

Burada müəyyən Google səhifələri və ya məhsullarını seçmək və onlarda saxlanılan məlumatı silmək mümkündür. Həmçinin gün və ya müəyyən zaman kəsimi ərzində bütün tarixçəni silmək mümkündür. Ən radikal addım bütün vaxt ərzində məhsullar barədə məlumatları silməkdir. Bu əməliyyatı yerinə yetirməzdən əvvəl Google ola biləcək fəsadlar barədə xəbərdarlıq göndərəcək, buna baxmayaraq axtarış tarixçəsi və ya Google tətbiq və məhsullarından istifadə tarixçəsinin silinməsi hesabınıza təsir etməyəcək.

YouTube-də bütün hərəkətlər tarixçəsini necə silməli?

YouTube video hostinqinin məxsus olduğu Google saytda baxdığınız çarxları da izləyir. Lakin bu məlumatı tez silmək mümkündür. “Tarixçə” tab vərəqəsində iki seçim mövcuddur: "Axtarış tarixçəsini sil" və “Baxış tarixçəsini sil". Ayrı-ayrı axtarış sorğularını və ya izlənilən videoları da silmək mümkündür.

Həmçinin, servisə baxış tarixçəsini saxlamağı qadağan etmək olar.

Reklam verənlərin əldə etdiyi informasiyanı necə silmək olar?

Google təkcə istifadəçilər haqda məlumat toplamır, o həmin informasiyanı reklam verənlərə və partnyorlarına ötürür. Məhz ona görə də siz az öncə axtarış verdiyiniz sorğuya uyğun reklam kontenti ilə qarşılaşırsınız. Lakin burda qorxulu heç bir şey yoxdur. Google sizin haqqınızda nələr ötürdüyünü rahatlıqla öyrənə bilərsiniz.

Bunun üçün siz Google akkauntunuza, sonra isə “Məxfilik” (Personal info & privacy) bölməsinə daxil olmalısınız. Burada bizi “reklam üstünlüklərinin ayarları” (Ads settings) daha sonra “reklam ayarları” maraqlandırır. Bu funksiya söndürüldükdən sonra axtarış sistemi sizin haqda olan məlumatlardan reklam seçimi üçün istifadə edə bilməyəcək. Lakin reklamdan tam olaraq imtina üçün isə hər hansı bir funksiya nəzərdə tutulmayıb.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Google axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb

Google axtarış tarixçəsinin silinməsi prosesini asanlaşdırıb

25-10-2018
Google bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

Google bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

16-04-2025
Google ilə Apple arasındakı əməkdaşlıq

Google ilə Apple arasındakı əməkdaşlıq

02-10-2018
Google sizin haqqınızda nələri bilir?

Google sizin haqqınızda nələri bilir?

09-04-2016
Google da harda axtarmağı soruşarmış

Google da harda axtarmağı soruşarmış

22-01-2009
Google Google Play-ə yenilik gətirir

Google Google Play-ə yenilik gətirir

28-02-2015
Azərbaycanlılar Google-da nə edirlər?

Azərbaycanlılar Google-da nə edirlər?

04-07-2011
Google-nin yeni xidməti - Google Social Search

Google-nin yeni xidməti - Google Social Search

30-10-2009
Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

29-08-2008
Google iki qat sürətli işləyəcək

Google iki qat sürətli işləyəcək

13-11-2009
Google skanerləşdirilmiş kağız sənədləri də tanımağa başlayıb

Google skanerləşdirilmiş kağız sənədləri də tanımağa başlayıb

03-11-2008
Google axtarış sistemində dəyişikliklər etdi

Google axtarış sistemində dəyişikliklər etdi

15-05-2009
Google-dən yeni axtarış sistemi Caffeine

Google-dən yeni axtarış sistemi Caffeine

14-08-2009
"Google" Azərbaycanda populyarlığını saxlayır

"Google" Azərbaycanda populyarlığını saxlayır

04-05-2021
Müsəlmanlar virtual axtarış üçün halal Google yaradıb

Müsəlmanlar virtual axtarış üçün halal Google yaradıb

25-07-2009
GOOGLE öz istifadəçiləri vasitəsilə interaktiv reklam layihəsini həyata keçirməyə hazırlaşır.

GOOGLE öz istifadəçiləri vasitəsilə interaktiv reklam layihəsini həyata keçirməyə hazırlaşır.

15-10-2008
"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

01-06-2011
Microsoftun axtarış siyasəti

Microsoftun axtarış siyasəti

11-12-2008
Google-dən yenilik

Google-dən yenilik

09-11-2009
Google ilə digər axtarış sistemlərinin fərqi

Google ilə digər axtarış sistemlərinin fərqi

19-08-2009
Müsəlmanlar üçün Google

Müsəlmanlar üçün Google

23-01-2009
Google istifadəçiləri ilə zarafat etdi- Video

Google istifadəçiləri ilə zarafat etdi- Video

01-04-2016
GOOGLE DƏ SƏHV EDƏRMİŞ!!!!

GOOGLE DƏ SƏHV EDƏRMİŞ!!!!

31-01-2009
“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

14-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə