Google-dan startaplara 50 min dollarlıq dəstək

17-12-2015 / 12:58

Startaplara dəstək olmaq üçün yeni addımlar atan Google şirkəti The Launchpad Accelerator (Biznesi sürətləndirmə layihəsi)  adlı yeni bir dəstək proqramı təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə,  Hindistan, Braziliya və İndoneziyada təqdim olunan layihə mobil startaplara dəstək olacaq. Bundan başqa,  layihə Türkiyədə fəailyyət göstərən startapları da qəbul edəcək.

Google həm startapçılara təlimlər,  həm də 50 min dollar investisiya dəstəyi təqdim edəcək.

Ən əsası isə bu layihəyə qatılacaq startaplardan hər hansı bir hissə tələb etməyəcək.

The Launchpad Accelerator əslində Google-un 2 il yarım bundan əvvəl başladığı Launchpad fəaliyyətlərinin yüksək mərhələsi kimi şərh edilir.

Launchpad Days və Launchpad Summit adı ilə 30 ölkədə fəaliyyət göstərən Google The Launchpad Accelerator ilə daha faydalı addımlar atacaq.

Google Mountain View-də 2 həftəlik ilk  təlimini keçirəcək. Google işçiləri və digər xarici mentorlar startapçılara müxtəlif təlimlər keçəcək. 5 ay yarım  plan çərçivəsində olacaq layihə biznesdən istifadəçi təcrübəsinə qədər fərqli mövzularda startapçılara dəstək olacaq.

The Launchpad Accelerator startapçıları ölkələrinə qayıtdıqda da Google-un dəstəyindən faydalana biləcək.

Google-un hədəfi 1 il ərzində 50 yeni startapa bu layihə çərçivəsində öyrətmək və dəstək olmaqdır.

Layihənin rəhbəri Roy Glasberg Mountain View-də iştirak etməsə də, 200 startapa belə dəstək olacağını deyib.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə