Google öz işçilərinin yeni başladığı startap layihələrinə erkən mərhələdə dəstək vermək üçün yeni İnkubasiya Mərkəzi yaradır.
Xeberler.az The Information-nə istinadən məlumat verir ki, şirkət bununla potensialı olan işçilərinə sahib çıxaraq onların yeni startap layihələrini bir yerdə saxlamağı hədəfləyir.
Qeyd edək ki, Google-un bir çox şirkətə ilham verən “Yüzdə 20” qaydası illərdir ki, çox maraqla qarşılanır.
Bu qaydalara görə, işçilər həftəlik iş saatlarının beşdə birini və ya dəyişdirərək yüzdə iyirmisini öz layihələri üçün istifadə edə bilirlər.
Gmail və AdSense-in də “Yüzdə 20” qaydası ilə ortaya çıxdığını düşünsək, Google işçilərinin layihələrini dəyərləndirməyə meyilli olduğunu deyə bilərik.
Bütün bunların nəticəsində hərəkət edən Google “Area 120” adını verdiyi yeni İnkubasiya Mərkəzini işçiləri üçün yaradır.
Don Harrison və Bradley Horowitz-ın idarə edəcəyi “Area 120” -də Google işçiləri üzərində işlədikləri servislər və tətbiqlər üçün təqdimat edəcəklər.
Şirkət rəsmiləri onların çalışdıqları layihədə potensial görsə, həmin layihələrə yatırım edəcək. Bununla da işçilər elə Google-dan aldıqları investisiya ilə öz şirkətlərini qura biləcək.
“Area 120” Google-a bağlı bir qurum olaraq fəaliyyət göstərəcək.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri