Samsung-dan yeni telefon - Video

26-05-2015 / 16:34

Ötən həftə Samsung-un satış meneceri Lee Young-hee tərəfindən təsdiq olunduqdan sonra Galaxy S6 Edge İron Man Limited Edition rəsmi olaraq təqdim olunub. 

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, Marvel şirkəti ilə ortaq hazırlanan telefon qırmızı və qızılı rənglərdən ibarətdir.

64 GB yaddaşa sahib olan telefon qutusunda İron Man mövzulu örtük var. Yeni telefonu kabelsiz doldurmaq da mümkün olacaq.

Rəngindən tutmuş, dizayn anlayışına qədər hər şeyi özəlləşdirən Galaxy S6 Edge Iron Man Edition sabahdan satışa çıxarılacaq.

Galaxy S6 Edge İron Man Limited Edition-un qiyməti barədə hələki heç bir məlumat verilməyib. Deyilənlərə görə, Samsungun yeni məhsulunun qiyməti Galaxy S6 Edge-nin qiymətindən yüksək olacaq.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə