Google Gmail vasitəsilə pul transferi xüsusiyyətini başlatdı

30-01-2015 / 10:12

Google Gmail istifadəçilərinin xidmət vasitəsilə pul göndərib-alma xüsusiyyətini İngiltərədə aktivləşdirib. Bu yeni xüsusiyyətin aktiv olması ilə eyni zamanda Gmail istifadəçiləri e-poçt vasitəsilə mətn redaktorunda olan "£" ikonunu daşıyan butondan istifadə edərək pul transferi edə biləcəklər.

Funksiyadan istifadə üçün alıcının Gmail hesabının olması vacib deyil. Pul göndərmə əməliyyatı Googlenin e-pulkisəsi xidməti olan Google Wallet üzərindən edilir. Pulu göndərmək istədiyiniz hesabı seçdikdən sonra e-poçt bölməsində göndərməni təmin edə bilirsiniz.

Bu funksiya Google Wallet-a bir dəfə kredit kartı və ya bank kartını tanıtdıqdan sonraistifadəyə açılır. Xidmət hal-hazırda yalnız İngiltərədəki 18 yaşından böyük Gmail və Google Wallet istifadəçiləri üçün aktivdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə