Google ağıllı təqvim tətbiqi Timeful-u satın aldığını açıqladı

06-05-2015 / 11:29

Google Gmail rəsmi bloqundan verdiyi şərhlə ağıllı təqvim və vəzifə rəhbərliyi proqramı olan Timeful-u satın aldığını bildirib.

Timeful süni zəkandan istifadə edərək zamanınızı, vəzifələrinizi və ediləcəklər siyahısını bir araya gətirən bir assistant proqramıdır. Google-un bu addımını Gmail bloqu vasitəsilə eşitdirməsi də bir mənada Timeful-un istifadə sahələri barədə məlumat verir.

Xəbərlər-in verdiyi məlumata görə, Timeful Gmail daxilində Google Apps-larla danışa bilən hala gətirilərək Gmail-i daha aktiv və effektiv istifadəli edəcək. Timeful ilə xatırlatmalar, ediləcəklər siyahısı və vəzifə rəhbərlikləri daha sadə bir şəkildə reallaşacaq.

Timeful proqram mağazasından yüklənilərkən Timeful qrupunun Google daxilində yeni layihələri də təqdim edəcəyi bildirilib. Həmçinin istifadəçilər bu ana qədərki bütün məlumatlarını Timeful vasitəsilə də yükləyə bilərlər.

Sevil Rəsulzadə

 

                                                                                                


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə