Google şirkəti Google Apps istifaçilərinə pulsuz istifadə imkanı verdi

01-09-2008 / 12:04
Google şirkəti Google Apps Premier Edition onlayn ofis dəsti kommersiya müştərilərinin könlünü ələ almağa çalışır. Google Apps şirkətinə xidmət edən aparatlara ziyan vuran üç qəzadan sonra, şirkət kommersiya müştərilərinə dəstdən istifadə üçün daha iki həftə əlavə vaxt verdi.
Bundan başqa şirkət proqramın yeni versiyasını təqdim edəcəyini də söylədi. Bu sistem, istifadəçiləri servislə işləyən zaman yarana biləcək problemlərdən xəbərdar edəcək.
Google Apps müdiriyyəti tərəfindən göndərilən məktubda deyilir ki, şirkətin bütün abunə olan istifadəçiləri üçün dəstdən 15  gün əlavə  pulsuz istifadə etmək imkanı yaradılıb.
Illik istifadənin qiyməti isə 50 dollardır. Burada şirkət onlayn sistemin 99,9 faiz vaxtının açıq olacağına zəmanət verir.
Xatırladaq ki, qəzalardan biri avqustun 11-də baş verib və Apps Premier istifadəçilərinin hamısına ziyan vurub. Digər, nisbətən kiçik qəzalar 6 və 15 avqust tarixlərində olub. Bu zaman bəzi istifadəçilər bir sutkadan çox sistemdən istifadə edə bilməyiblər. Qəza, həmçinin Gmail-in poçt sisteminin istifadəçiləri üçün də problemlər yaradıb.
Bununla yanaşı, şirkət 2-3 aydan sonra istifadəçilərə Google Apps-a xidmət edən serverlərin keyfiyyəti ilə bağlı məlumat verən yeni işləmə paneli yaratmaq niyyətindədir. Panel qəzalar baş verən zaman, nə baş verdiyini, qəzanın kimlərə təsir etdiyini və işləmənin nə vaxt bərpa ediləcəyini istifadəçilərə çatdıracaq. 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə