iOS-da açıq tapan 200 min qazanacaq

05-08-2016 / 13:00

Apple-ın iOS əməliyyat sistemində səhv tapan popqramçılar 200 min dollar qazanacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, bu barədə  Apple bu gün təşkil edilən Black Hat konfransında  bildirib.

30 iyul -4 avqust tarixləri arasında ABŞ-da təşkil edilən Black Hat təhlükəsizlik konfransına qatılan Apple rəsmisi  Ivan Krstic şirkətin ilk bug bounty proqramının sentyabrda elan ediləcəyini açıqlayıb.

Qeyd edilib ki, Apple artıq iOS-da  bug deyilən açıqları tapan və bunu düzgün bir şəkildə açıqlayan proqramçılara  200 min dollara qədər mükafat verək.

Hər nə qədər güclü sistem olmağı ilə tanınsa da, bəzən iOS-da çox vacib açıqlar tapılır. Ona görə də Apple istifadəçi təhlükəsizliyini təmin etmək  və anında yaranan problem həll etmək üçün  BugBounty adı verilən proqrama başlayır.

Bununla da  şirkət özü bu problem görə bilməsə də, bacarıqlı proqramçılar bu açığı görüb, dərhal Apple-a  məlumat verəcək.

Şirkət də problemin tez həll olunmasını təmin edəcək.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə