Previous Next
Bağla

Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

20-02-2015 12:14
Görmə qüsurlu insanlar üçün planşet hazırlanır

Azərbaycanlı bir qrup gənc görmə qüsurlu insanlar üçün nəzərdə tutulan planşetin hazırlanması üzərində işləyir. Layihə görmə qüsurlu insanların istifadə etdiyi Braille əlifbasından bəhrələnərək “Braille Pad” adlanır.

Bu barədə Xəbərlər-ə layihənin rəhbəri startapçı Rəşid Əliyev bildirib.

Rəşid Əliyev layihənin məqsədlərindən danışaraq  deyib ki, hədəf kütləsinə daxil olan görmə qüsurlu və tamamilə görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasının təmin olunması layihənin əsas istiqamətidir:

"Planşetlərin əsas istifadə obyektləri kimi gözdən əlillər üçün təhsil mərkəzləri, uşaq evləri, iş mərkəzləri və s. nəzərdə tutulur.
Planşetlərin asan istifadəsi və əlçatanlığı istənilən fərdi şəxsin də ondan rahatlıqla istifadəsinə səbəb olacaq.
 Bu planşet vasitəsi ilə görmə qüsurlu insanlar tam sərbəst şəkildə online kitablar, məqalələr oxuyacaq, müxtəlif saytlara, hətta sosial şəbəkələrə daxil olaraq dostları ilə danışa və cəmiyyətə inteqrasiya ola biləcəklər”.

Onun sözlərinə görə, latın və digər əlifbaları Braille əlifbasına birbaşa keçirmə funksiyası ilə göz əliliyi olan insanlar bütün saytlarda və ya elektron kitablarda, sənədlərdə yazılan məlumatları, yazılanları asanlıqla oxuya biləcəklər.

Rəşid  Əliyev qeyde edib ki,  “Braille Pad” - in qiymətinin normal planşet ilə eyni qiymətdə olması nəzərdə tutulur.

 Məltəm Talıb

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startapımız beynəlxalq müsabiqədə yer tutdu

25-04-2015

Startap komandamız ABŞ universiteti ilə danışıqlara başlayıb

01-09-2015

Azərbaycan startapı ABŞ-da təqdim edilib

13-01-2016

Bank of Baku startap layihəmizə dəstək oldu

26-07-2016

Görmə məhdudiyyətli uşaqlar əlifbanı daha asan öyrənəcək

14-06-2016

Azərbaycan startapı - 215 000$ QRANT ALDI

12-04-2022

Startap layihəmiz Gürcüstanda investorlara təqdim edilib

25-05-2016

Startap layihəmizə böyük miqdarda yatırım edilə bilər

15-10-2015

Qalib startap layihələri nə iş görəcək? - İcmal

01-02-2016

Startapçılarımız xarici şirkət nümayəndələri ilə görüşdü

11-03-2015

Nar görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırlayıb

30-01-2020

"Neuralink" gələn il kor xəstədə görmə bərpası əməliyyatı planlaşdırır

05-09-2025

Fiziki məhdudiyyətli insanlar üçün yeni sistem yaradılacaq

20-07-2017

Startapçımızın yaratdığı qurğu istifadəyə verildi

24-02-2017

Startap Azərbaycan 2016-da iddiaçı layihələri tanıyaq

23-04-2016

İlon Musk:Yeni Neuralink implantı anadangəlmə kor insanlara görmə imkanı verəcək

18-09-2024

Avirtel-dən fiziki qüsurlu şəxslər üçün yeni layihə

10-03-2016

Görmə qabiliyyətini tamamilə itirmiş insanlar üçün süni göz

21-12-2015

Naxçıvanda Regional İnformasiya Mərkəzinin tikintisi aparılır

07-04-2010

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir

20-10-2021

Nar Canlı kitab sosial layihəsinə start verib

23-10-2019

Gəncədə Regional İnformasiya Mərkəzi yaradılıb

02-05-2009

Heydər Əliyev Fondunun dəstəyi ilə əlillər üçün İnformasiya Mərkəzi yaradılır

14-08-2009

Facebook-dan yenilik

14-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə