Previous Next
Bağla

Startapçılarımız xarici şirkət nümayəndələri ilə görüşdü

11-03-2015 17:57
Startapçılarımız xarici şirkət nümayəndələri ilə görüşdü

Martın 10-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu ilə görüş keçirilib.

Bu barədə Xəbərlər-ə AMEA-dan məlumat veriblər.

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev artıq ikinci dəfə baş tutan görüşün AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun  təşəbbüsü ilə reallaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və tədqiqat müəssisələrinin elmi potensialının qiymətləndirilməsi, bu qurumlarda Texnoloji Transfer Mərkəzlərinin yaradılması, o cümlədən innovativ layihələrin maliyələşdirilməsinə dəstək verməkdir.

Görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəis müavini Elxan Bayramov, Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi Rauf Nadirov, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, elmi katib Mədinə Səidova, şöbə müdirləri Təhmasib Fətəliyev, Səyyar Abdullayev və digərləri iştirak ediblər.

Öncə S.Robeson “MTİ” şirkətinin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, şirkət Böyük Britaniyanın İKT sahəsində vençur maliyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl qurumlardan biridir.

Şirkətin TTC fondunun Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradıldığını söyləyən S.Robeson bu sahədə qazanılmış təcrübənin Azərbaycanda da tətbiqinin, o cümlədən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini önə çəkib.

Ə.Əliyev institutun elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verərək bildirib  ki, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin tədqiqi və effektiv metodların işlənməsi istiqamətində elmi araşdırmalar aparılır. Şöbələrdə e-dövlət, e-elm, e-tibbin formalaşması problemləri, biometrik texnologiyalarının araşdırılması, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması, süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətlərində elmi araşdırmalar aparıldığını və innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi “Yeni Fikir 2014” müsabiqəsinin qalibi Rəşid Əliyev təsisçisi və icraçı direktoru olduğu “BethClip” layihəsi ilə bağlı çıxış edərək layihənin bulud texnologiyalarına əsaslanan məlumat ötürülməsi mübadilə buferinin sinxronizasiyası üçün hazırlandığını qeyd edib. O,  bildirib ki, məhsulun ödənişli və ödənişsiz formaları mövcuddur.

“Braille pad” layihəsinin Marketinq şöbəsinin müdiri Nərmin Əliyeva isə brayl əlifbası ilə işləyən yeni texnologiya - görmə qüsurlu insanlar üçün hazırlanmış planşet haqqında məlumat verib. Bildirib ki, qurğu geniş istifadəçi kütləsinə malikdir.

Onun sözlərinə görə, yeni planşet görmə qabiliyyətini itirmiş insanlara İnternetdən və elektron kitablardan istifadə, həmçinin brayl klaviaturası ilə yazma və məlumat daxil etmə imkanı verir.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

Britaniya şirkəti ölkəmizdə innovativ layihələri maliyyələşdirəcək

07-09-2015

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

“İKT sahəsində beynəlxalq təcrübəni öyrənirik”

10-08-2015

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

Yüksək Texnologiyalar Parkında yaradılmış innovativ mühiti yüksək qiymətləndirilib

07-01-2021

Big Data ilə bağlı elmi araşdırmalar davam edir

09-02-2017

AMEA və TÜBİTAK arasında 4-cü layihə müsabiqəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

30-05-2022

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə