MİDA yeni onlayn satış elan edib

14-11-2023 / 14:58
MİDA güzəştli mənzil satışı ilə bağlı növbəti elan verib. 16 dekabr tarixdə saat 11-də 432 mənzil onlayn satışa çıxarılacaq.
Maraqlıdır ki, MİDA bu dəfə "Güzəştli mənzil" sisteminin təkmilləşdirilməsi və yeniliklər barədə hansısa bir açıqlama verməyib.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz sosial media hesablarında bildirib . 

Osman Gündüz qeyd edib :
"Xatırlayıram ki, ötən satışda ciddi sistem və kiber problemlər olmasa da, iştirakçılar tərəfindən mənzil seçimi prosesində donmaların olması, CAPTCHA problemlərinin olması haqqında xeyli sayda məlmatlar verilmişdi.

MİDA ötən satışda baş verən narazılıqlar barədə cəmiyyətə ağlabatan bir açıqlama verməsə də, fərdi qaydada bütün müraciətlərin cavablandırıldığı bildirilirdi.
Ümid edirəm növbəti onlayn satış gününədək MİDA şəffaflığın gücləndirilməsi və ədalətli seçimlə bağlı, sistemin yenilınməsi ilə bağlı , süni seçimlərin qarşısının alınması ilə bağlı görülən tədbirlər haqqında ictimai əhəmiyyət kəsb edən məlumatları da açıqlayacaq.

Dəfələrlə təkliflər verilib ki, mövcud satış prosesində İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik olduğundan alternativ güzəştli mənzil satışı üsulu da tətbiq edilsin.
Lakin belə görünür ki, hökumət hələlik insan amilinin rolu az olan, insan amilinə söykənən korrupsiya risklərini nəzərə alaraq onlayn satışa üstünlük verir.
Düşünürəm ki, mövcud sistemin təkmilləşdirilməsi, şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, alternativ satış üsulunun üzərində işləmək də doğru olardı.

Yeri gəlmişkən, xatırladıram ki, xeyli müddətdir MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən də istifadə etmir.
Güman etmək olar ki, kritik infrastrukturun təhlükəsizliyilə bağlı yeni ictimai münasibətlər formalaşdığından bu məsələlərə XRİTDX və DTX nəzarət edir."

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə