Previous Next
Bağla

Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

12-08-2022 13:50
Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?
Xəbər verdiyimiz kimi MİDA güzəştli mənzillərin satışı haqqında növbəti elan verib.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti. ekspert Osman Gündüz öz "Facebook" səhifəsində paylaşım edib.
"İlk dəfə olaraq rekord sayda, 815 mənzilin onlayn formada satışa çıxarılacağı bildirilib.
Burada maraqlı məqam odur ki, adı çəkilən elanda mənzillərin satışının əvvəlki qaydada, yəni onlayn formada olacağı bildirilib.
Yəni, satış “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində şəxsi kabinet formalaşdırmaqla elektron qaydada həyata keçiriləcək.
Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
MİDA bu gün dərc olunan elanında indiyədək mövcud olan Qaydalarda hansısa dəyişiklik haqqında məlumat verməyib.
Amma , DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil ” infromasiya sistemi və güzəştli mənzillərin seçim Qaydaları təkmilləşdiriləcək.
Bununla bağlı bizim tərəfimizdən də bir xeyli təkliflər verilmişdi.
Yeri gəlmişkən, ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsziliyi ekosistemindəki yeni normalara görə MİDA sistemi də kritik informasiya infrastrukturuna daxil olan qurumlardan olacaq.
Belə olan halda bu informasiya sisteminin də yenidən İT auditi gündəmə gəlməlidir.
Ümumiyyətlə, düşünürəm ki, yeni satışdan öncə sistemin təhlükəsizliyinin və botlara, kənar müdaxilələrə qarşı daynıqlığının auditdən keçirilməsi, DEMO versiya ilə satış modulunun kodlarının tam dəyişdirilməsi, onlayn satış prosesini əks etdirən bütün datanın açıqlanması, ən tez və ən gec seçilən mənzillər haqqında ayrıca məlumatların verilməsi, satış prosesində şəffaflığın təmin edilməsi, satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması və s. doğru olardı.
Hökumətin və MİDA-nın güzəştli mənzillərin alternativ, oflayn satış üsullarını təqdim etməsi də doğru olardı."
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

15-09-2022

MİDA yeni onlayn satış elan edib

16-11-2023

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019

Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018

MİDA yeni onlayn satış elan edib

14-11-2023

Ekspert:Onlayn satış prosesində şəffaflıq və ictimai nəzarət üçün hansı imkanlar yaradılacaq?

15-08-2022

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

Ekspert: Güzəştli mənzillərin onlayn satışı bu dəfə uğurla başa çatdı

29-04-2019

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Ekspert : Güzəştli mənzil seçimində bu şəxslərin şansı sıfıra bərabərdir

25-01-2019

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

15-10-2019

Ekspert: MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

00-00-0000

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023

Güzəştli mənzillərin yeni partiyası satışa çıxarıldı

29-03-2019

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022

“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

MİDA-nın onlayn satışının nəticələri ləğv edilə bilərmi? - Osman Gündüz

29-12-2025

MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

03-12-2025

Onlayn mənzil satış sistemində nə baş verib?-Açıqlama

08-05-2018

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Güzəştli mənzil əldə etmək üçün bunları edin - Şərtlər

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə