Mark Zuckerberg Facebook-u tərk edir

21-11-2015 / 10:59

Facebook  rəhbəri Mark Zuckerberg iki ay müddətinə Facebook-dakı fəaliyyətində fasilə vermək qərarına gəlib.

Xeberler.az bildirir ki, özünün şəxsi Facebook səhifəsində bu barədə məlumat verən  Zuckerberg  2 aylıq atalıq məzuniyyəti götürmək haqda qərar qəbul etdiyini qeyd edib.

O bildirib ki, Priscilla  ilə yeni dünyaya  gələcək  qızının  gəlişinə hazırlaşırlar.

Mark belə izah edib ki,  araşdırmalar da göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələri üçün vaxt ayırması daha xeyirlidir.

Markın sözlərinə görə, Facebook  4 aylıq analıq məzuniyyəti üçün müavinət ödəyir. Eyni zamanda şirkətin kişi personalı da atalıq məzuniyyəti götürmək hüququna malikdir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə