Facebook istifadəçilərinin nəzərinə

08-04-2015 / 22:56

"Facebook"un rəhbəri Mark Zuckerberg sosial şəbəkənin ünsiyyət alətləri arasında “dislike” (bəyənməmək) düyməsinin olmayacağını bəyan edib.

Bu haqda Zuckerberg yerli radiostansiyalardan birinə verdiyi müsahibəsində bildirib.

“Bəzi adamlar “dislike” düyməsinin yaradılmasını zəruri hesab etsə də biz qərara gəldik ki, belə düymə yaradılmayacaq. Düşünmürəm ki, “dislike” düyməsi hansısa əhəmiyyət kəsb edir və ya sosial şəbəkə cəmiyyətinə fayda gətirəcək. Siz istənilən paylaşımın altında şərh yaza bilərsiniz" - deyə Zuckerberg bildirib.

Qeyd edək ki, Facebook hazırda dünyanın ən böyük sosial şəbəkəsidir. Aylıq auditoriyası 1,19 milyard istifadəçi təşkil edir.(anspress)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə