Mark Zuckerberg bir gündə 3 milyard itirdi

06-11-2016 / 13:09

Məlumat verdiyimiz kimi, Facebook 2016-ci ilin üçüncü rübün maliyyə nəticələrini açıqladı.

Qeyd edildi ki, şirkət III rübdə ümumi olaraq  7.01 milyard dollarlıq rekord gəlir əldə edib.

Facebook aylıq aktiv istifadəçi sayını 1.79 milyarda yüksəlib.

Bu açıqlamadan bir neçə saat sonra Facebook 7 faiz geriləyib.

Mark Zuckerberg isə yeni bir ünvan əldə edərək noyabrın 3-də dünyanın ən çox itirən zəngini olub.

Xeberler.az Bloomberg-in analizinə istinadən məlumat verir ki, Zuckerberg Facebook hissələrindəki bu enişlə bağlı olaraq yalnız cümə axşamı günü ümumi 3 milyard dollar itirib.

Bloomber-in dünyanın ən zənginləri sıraladığı milyarderlər indeksində 52 milyard dollarlıq sərvətiylə 5-ci sırada iştirak edən Zuckerberg hər şey yolunda gedərkən belə bir uğursuzluqla qarşılaşıb.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə