Samsung dünən yeni Galaxy S8 və S8 Plus smartfonlarını nümayiş etdirib.
Xeberler.az məlumat verir ki, böyük modeldə ekranın diaqonalı 6,2, kiçikdə isə 5,8 düymdür.
Galaxy S8-in özəllikləri
Olduqca qəşəng bir dizayna sahib olan Galaxy S8, 3 fərqli rəng seçimi təqdim edəcək.
8 mm qalınlığında və 155 qram ağırlığında olan Samsung Galaxy S8, 1440 x 2960 piksel həllolma dəqiqliyində Super AMOLED ekrana sahibdir.
570 kimi olduqca yüksək bir PPI dəyəri təqdim edən Galaxy S8-in iki tərəfi əyri olan ekranı Corning Gorilla Glass 5-lə qorunur.
84.2 faiz ekran gövdəsinə sahib olan cihaz IP68 sertifikatı sayəsində suya və toza qarşı davamlıdır. Telefonun korpusu metal çərçivəyə malik şüşədən hazırlanıb.
İdarəetmə düymələri ekrana inteqrasiya edilib və barmaq izi skanerinin yeri arxa tərəfə keçirilib.
Yeni qabaqcıl smartfon gözün qüzehi qişasının skaneri ilə təchiz edilib.
Gücünü 10 nanometrelik prosessordan edən Samsung Galaxy S8, qrafik prosessor olaraq Adreno 540 istifadə edir. 4 GB RAM və 64 GB daxili saxlama seçimi təqdim edən Galaxy S8, sürətli şarj dəstəkli 3000 mAh böyüklüyündə bir batareya ilə qarşımıza çıxacaq.
f / 1.7 diafraqma açıqlığına sahib 12 meqapiksellik arxa və 8 megqaiksellik ön kameraya sahib olacaq olan Galaxy S8, diafraqma açıqlığı sayəsində aşağı işıqda belə müvəffəqiyyətli fotoşəkillər çəkə biləcək.
Samsung Galaxy S8 modeli Türkiyədə 4 min 399 TL –yə satışa çıxarılacaq.
Samsung Galaxy S8 + xüsusiyyətləri
Samsung Galaxy S8 +, 6.2 düymlük olduqca geniş bir ekranla gəlir.
Belə ki, 8.1 mm qalınlığında və 173 qram ağırlığında olan S8 +, Galaxy S8 modeliylə eyni dizayna sahibdir. 1440 x 2960 piksel həllolma dəqiqliyində Super AMOLED ekran tercih edən Galaxy S8 Plus-ın PPI dəyəri isə 529-dur.
Sahib olduğu IP68 sertifikatı sayəsində 1.5 metrə qədər 30 dəqiqə ərzində suya və toza qarşı dayanıqlı olan Samsung Galaxy S8 +, eynilə S8 modelində də olduğu kimi Corning Gorilla Glass 5-lə qorunur.
Galaxy S8 + 4 GB RAM və 64 GB daxili yaddaşa sahibdir.
Samsung Galaxy S8 + Türkiyədə 4 min 999 TL qiymətlə bazara çıxarılacaq.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri