İlin maraqla gözlənilən smartfonu təqdim edildi

31-08-2017 / 16:31

2015-ci ildə V10 ilə meydana gələn V seriyası LG-nin ən uğurlu smartfon seriyasından birinə çevrildi.

Xeberler.az-ın məlumatına görə, ilin maraqla gözlənilən smartfonu V30 Berlində keçirilən IFA 2017 tədbirində təqdim edilib.

V seriyasının ən vacib xüsusiyyəti olan ikinci ekrandan imtina edən LG V30 çərçivəsiz ekran dizaynı ilə diqqət çəkir.

Xüsusilə böyük ekranlı telefonlar sevənlər üçün Not 8 və Samsung S8 Plus modelləri ilə birlikdə ilin ən uğurlu alternativlərindən biri olan LG V30 1440 x 2880 dəqiqliyində böyük bir 6 düymlük ekran ilə gəlir.

Oled paneli tərcih edən V30 dizaynı metal və şüşədən hazırlanıb. Cihaz həm öndə, həm də arxada Gorilla Glass 5 ilə qorunur.

LG V30 IP68 sertifikatı sayəsində suya və toza qarşı dayanıqlıdır. Avadanlıq 4 rəng seçimi və MIL-STD-810G ilə parlaq bir dizayna sahibdir.

Gücünü Qualcomm-ın  Snapdragon 835 sitsemindən alan V30-da 4 GB RAM və 64 GB daxili yaddaşa malikdir.

Bundan əlavə, Android 7.1.2 Nougat əməliyyat sistemi ilə gələn LG V30-un 128 GB qədər microSD kart dəstəyi var.

Dizaynı ilə yanaşı, V30 da arxa tərəfində iki kameraya malikdir. Belə ki, V30 biri 13, digəri isə 16 meqapikselli iki kameraya sahibdir.

Ön tərəfdə 5 meqapikselli kamera tərcih edən  LG V30  3,300 mAh-lik yükləmə qabiliyyəti olan bir batareyaya da sahibdir.

Simsiz şarj dəstəyi təklif edən LG V30 və yaxında təqdim ediləcəyi gözlənilən  iPhone 8 ilin ən iddialı smartfonları olacaq. 

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə