Maraqla gözlənilən LG G6 da təqdim edildi -Video

27-02-2017 / 11:19

2017-ci ilin maraqla gözlənilən ağıllı telefonlarından olan LG G6 Barselonada keçirilən Mobil Dünya Konqresinin rəsmi olaraq təqdim edilib.

Xeberler.az-ın məlumatına görə, dizayn baxımından fərqli bir yol izləyən LG  bundan əvvəlki admiral gəmisi G5 modelində istifadə etdiyi modul dizaynı G6-ya gətirib.

163 qram ağırlığında və 7.9 mm qalınlığında olan LG G6, 5.7 düym böyüklüyündə geniş bir ekrana sahibdir. 1440 x 2880 piksel dəqiqliyində IPS LCD bir panel istifadə edən G6-də 78.6 faiz  olduqca dözümlü bir ekran gövdəsinə sahibdir.

Bununla yanaşı, G6-nın 16: 9 ekran formatı yerinə 18: 9 ekran formatından istifadə edilib. IP68 sertifikatı ilə suya və toza qarşı da qoruma təqdim edən cihaz, 1.5 metrə qədər 30 dəqiqə boyunca su keçirmir.

Gücünü Qualcomm-un Snapdragon 821 prosessorundan alan LG G6, qrafik prosessor olaraq isə Adreno 530 istifadə edir.

4 GB RAM və 32/64 GB daxili yaddaş da təqdim edən G6, 256 GB-a qədər microSD kart dəstəyinə  sahibdir.

Android 7.0 Nougat əməliyyat sistemi və yenilənən LG UX 6.0 UI interfeysiylə gələcək olan G6 Google Assistant-ı da dəstəkləyir.

Kamera baxımından diqqət çəkən bir model olan LG G6 ana kamera olaraq 13 meqapiksellik cüt kamera istifadə edir. İstifadə edilən 13 meqapiksellik kameralardan biri f / 2.4 diafraqma açıqlığı təqdim edərkən digəri isə f / 1.8 diafraqma açıqlığı, OIS və 125 dərəcə geniş bucaq dəstəyi təqdim edir.

 Ön kamera olaraq isə 100 dərəcə geniş fikir bucağı təqdim edir.

Qualcomm-un sürətli şarj texnologiyası olan Quick Charge 3.0 dəstəyi ilə təqdim edilən LG G6, 3300 mAh böyüklüyündə bir batareya ilə birlikdə  satışa çıxarılacaq.

LG G6  ağ, qara və platin olmaq üzrə 3 fərqli rəngdə təqdim edilib.

 

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə