Vivo X6-nın satış tarixi açıqlanıb

27-11-2015 / 21:47

Vivo X6-nın noyabrın 30-da rəsmi olaraq tanıdılacağı və dərhal sonra Çində satışa təqdim ediləcəyi bildirilib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, iPhone 6S-dən belə sürətli olduğu iddia edilən Vivo X6-nın Avropada nə vaxt satışa təqdim ediləcəyi və qiyməti isə hələlik məlum deyil.

Vivo X6 modeli 4GB RAM və 32GB yaddaşa, 21 megapiksellik kameraya, 12 Megapiksellik ön kameraya sahib olan Vivo X6 telefonu 6 düymlük ekrana malikdir.

Barmaq izi oxuyucusunun da olduğu telefon 4000 mAh gücündə batareyaya sahibdir.

Vivo X6-nın Android 5.1-lə satışa təqdim edilməsi planlaşdırılır.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə