Mobil Dünya Konqresində Nokia daha 3 yeni telefonunu təqdim edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Nokia-nın marka adını əlində saxlayan HMD MWC 2017 -də Nokia 3, 5 və 6 modellərinin təqdimatını edib.
Həmin telefonların özəlliklərini təqdim edirik:
Nokia 6
Yeni telefon bu il öncə Çində satışa çıxarılacaq

- 5.5 düym böyüklüyündə, 2.5D Gorilla Glass və Full HD dəqiqliyində ekran
- Qualcomm Snapdragon 430 prosessor + Adreno 505 qrafik prosessoru
- 3 GB RAM / 32 GB yaddaş və 4 GB RAM / 64 GB yaddaş versiyaları
- 16/8 MP arxa və ön kamera
- Android 7.1.1 Nougat əməliyyat sistemi
- Ölçü: 154 x 75.8 x 8.4 mm, çəkisi: 169 qram
- 3000mAh gücündə Li-Ion batareya
- Rənglər: qara, mat qara, mavi, gümüş və mis rəng alternativləri
- Qiymətlər: 3 GB RAM versiyaları 242 dollar, ARTE edition olan 4 GB RAM / 64 GB yaddaş modelləri isə 299 dollardır
Nokia 5

- 5.2 düym böyüklüyündə və 720 x 1280 piksel IPS ekran
- Qualcomm Snapdragon 430 prosessor + Adreno 505 qrafik prosessoru
- 2 GB RAM və 128 GB-a qədər artırıla bilər 16 GB daxili yaddaş
- Android 7.1 əməliyyat sistemi
- 13/8 MP arxa və ön kamera
- Ölçü: 149.7 x 72.5 x 8.05 mm
- 3000mAh gücündə batareya
- Rəng: Qara, gümüş, qəhvəyi və mavi rəng alternativləri
- Qiymət: 199 dollar. (Bu ilin ikinci rübündən etibarən Avropada satışa təqdim ediləcək)
Nokia 3

- 5 düym böyüklüyündə və 720 x 1280 piksel həllolma dəqiqliyində ekran
- 4 nüvəli MediaTek MT6737 prosessoru və Mali-T720 MP2 qrafik prosessoru
- 2 GB RAM və 128 GB-a qədər artırıla bilər 16 GB daxili yaddaş
- 8 MP həllolma dəqiqliklərinə arxa və ön kamera
- Android 7 əməliyyat sistemi
- Ölçü: 143.4 x 71.4 x 8.48 mm
- 2650mAh gücündə batareya
- Rəng: Gümüş ağ, mat qara və mavi rəng alternativləri
- Qiymət: 147 dollar
Günel