Previous Next
Bağla

Hərbi vəziyyətdə telefonlar bloklana bilər

04-12-2018 10:19
Hərbi vəziyyətdə telefonlar bloklana bilər
Nazirlər Kabineti "Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ı təsdiq edib. 
 
Xeberler.az  bildirir ki, bu Qaydalar hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin, poçt, televiziya və radio yayımı obyektlərinin mühafizəsinin gücləndirilməsini, eləcə də bu şəbəkə, qurğu və obyektlərin fəaliyyətinin sabitliyinin təmin olunmasını və buna nəzarəti, telekommunikasiya və poçt xidmətlərindən, televiziya və radio yayımlarından hərbi idarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların, həmçinin əhalinin istifadə xüsusiyyətlərini, telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin iş rejimini müəyyən edir.
 
Hərbi vəziyyət rejiminin təmin edilməsi zamanı səfərbərliyə hazırlıq planları və mülki müdafiə üzrə planlaşdırmanın nəticələri nəzərə alınır. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya və poçt operatorlarının, internet provayderlərin, teleradio yayımçılarının hüquqlarının və qanuni mənafelərinin, onların göstərdiyi xidmətlərdən istifadə edən abunəçilərin və istifadəçilərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Konstitusiyaya və qanunlarına uyğun həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi vəziyyət dövründə xüsusi iş rejiminə keçir, tabeli qurumlarında, eləcə də mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq digər telekommunikasiya, poçt operatorlarında və "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində telekommunikasiya, poçt, televiziya və radio yayımı şəbəkəsi, qurğusu və obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət edir. Milli Televiziya və Radio Şurası isə digər teleradio yayımçılarının yayım şəbəkələrinin dayanıqlı işinə nəzarət edir.
 
Hərbi vəziyyət rejiminin təmin edilməsi məqsədilə aşağıdakı tədbirlər nəzərdə tutulur:
 
- telekommunikasiya, poçt, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin televiziya və radio yayımı şəbəkələri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada və hərbi vəziyyət rejiminin tətbiq olunması ilə əlaqədar vəzifələri həyata keçirən hərbi idarəetmə orqanları, habelə xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi olan digər subyektlərlə əlaqəli şəkildə idarə olunur. Azərbaycan Respublikasında fəaliyyət göstərən digər televiziya və radio yayımı şəbəkələri isə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası tərəfindən hərbi idarəetmə orqanları ilə əlaqəli şəkildə idarə edilir;
 
- telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərinin, poçt, televiziya və radio yayımı obyektlərinin mühafizəsinə və onların fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarət gücləndirilir;
 
- hərbi vəziyyətin tətbiq edildiyi yerlərdə müdafiə ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə telekommunikasiya, poçt operatorlarının və teleradio yayımçılarının obyektlərində xüsusi iş rejimi tətbiq olunur, telekommunikasiya, poçt operatorları və teleradio yayımçıları tərəfindən rəhbər və mütəxəssis heyətindən ibarət növbətçi dispetçer xidməti və qrupları təşkil edilir;
 
- hərbi idarəetmə orqanlarının fəaliyyətlərinin əməliyyat-taktiki duruma uyğun təşkili, eləcə də informasiya mübadiləsinin operativliyinin təmin edilməsi üçün məxfilik rejimini qoruma imkanlarına malik dayanıqlı rabitə əlaqəsi qurulur;
 
- telekommunikasiya operatorları tərəfindən ilk növbədə hərbi idarəetmə orqanlarının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılması, etibarlılığı və fəaliyyətinin sabitliyi, zədələnmiş telekommunikasiya kanallarının dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilir, həmin orqanların telekommunikasiya xidmətlərinə tələbatının ödənilməsinə zəruri şərait yaradılır;
 
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi vəziyyət dövründə telekommunikasiya, poçt, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin televiziya və radio yayımı şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi və hərbi idarəetmə orqanlarının telekommunikasiya və poçt xidmətlərinə, eləcə də televiziya və radio yayımına olan ehtiyaclarının ödənilməsi üçün material ehtiyatlarını (səyyar telekommunikasiya vasitələri, qurğuları, fiber-optik kabellər və sonlama avadanlıqları, səyyar televiziya və radio yayımı avadanlıqları, nəqliyyat vasitələri və digər zəruri texnika) yaradır və material ehtiyatlarının saxlanılması üçün yerləri (anbar və bu kimi digər saxlanc yerlərini) müəyyən edir. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası digər teleradio yayımçıları tərəfindən zəruri material ehtiyatlarının yaradılmasına və onların saxlanılmasına dair aidiyyəti üzrə tapşırıqlar verir və nəzarəti həyata keçirir;
 
- telekommunikasiya və poçt operatorları, teleradio yayımçıları tərəfindən material ehtiyatlarının etibarlı mühafizəsi təmin edilir;
 
- telekommunikasiya şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi, hərbi idarəetmə orqanlarının ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, telekommunikasiya operatorlarının şəbəkələri arasında qarşılıqlı arabağlantının və trafikin istiqamətləndirilməsinin xüsusi şərtlərini müəyyən edir;
 
- hərbi vəziyyətin tətbiq edildiyi ərazidə fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmasına Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla məhdudiyyət qoyula bilər.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

Ramin Quluzadə nazirliyin qurumlarına hava şəraiti ilə bağlı göstəriş verib

07-02-2020

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

08-05-2021

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

22-05-2020

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

30-12-2020

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

19-03-2021

Bayramda əhali rabitə xidmətləri ilə yüksək səviyyədə təmin ediləcək

22-09-2015

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

17-03-2016

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək

27-12-2018

NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

17-07-2021

Nazirlik telekommunikasiya operatorlarına tapşırıq verdi

27-12-2017

Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb

10-01-2022

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021

Bayramda rabitə müəssisələri fasiləsiz işləyəcək

16-03-2017

Nazirlik rabitə müəssisələrinə tapşırıq verdi

23-06-2017

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

Radio və televiziya proqramlarının yayımında fasilələr olacaq

08-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə