Hibrid Dell netbukunun qiyməti açıqlanıb

22-11-2010 / 07:16

 Netbukun satış qiyməti ABŞ-da549 dollar, Böyük Britaniyada isə 449 funtdur

 

Dell şirkəti çevirilən ekranlı “Inspiron Duo” adlı hibrid netbukun qiymətini açıqlayıb. Cihazın satış qiyməti ABŞ-da549 dollar, Böyük Britaniyada isə 449 funtdur.

 

Ehtimal olunur ki, yaxın günlərdə cihaza sifariş qəbulu başlanacaq. Rəsmi satışa isə dekabrın əvvəlində buraxılacaq. Bundan başqa, netbukun spesifik xüsusiyyətləri bəlli olub. Belə ki, həllolma əmsalı/dəqiqliq 1366x 768 piksel dəyərinə çatan və ОС Windows 7 Home Premium bazasında işləyən 10,1 düym sensor displeyi ilə təchiz olunub.

Netbukun kiçik modelinin  isə 2 qiqabaytlıq əməli yaddaşı və 250 qiqabayt həcmində sərt diski olacaq.

 

649 dollara böyük yaddaşla təchiz olunan “iri” modeli əldə etmək olar. Həmçinin, kompektdə JBL dok-stansiya qoyulacaq. “Inspiron Duo” ilk dəfə 2010-cu ildə Intel Developer Forum konfransında nümayiş olunub. Hibrid Dell də netbuklar üçün standart korpusda yığılıb. Amma bu netbukun ekranının üz tərəfini  əksinə çevirmək mümkündür. Belə  konfiqurasiyada , yəni  qapağı bağlı vəziyyətdə onu planşet kimi də istifadə etmək olar.

mənbə: itv.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə