Sony xərçənglə mübarizəyə qoşulacaq

26-09-2008 / 18:44
Sony şirkəti dünyaya yardım və döş xərçəngi xəstəliyinə həsr olunmuş elmi araşdırmalara maliyyə dəstəyi etmək qərarına gəldi. Bu məqsədlə, yapon şirkəti xüsusi seriyalı iki noutbuk satışa buraxacaq. Çəhrayı rəngli yeni məhsullar çanta və mausla birlikdə satılacaq.
Birinci model 14,1 ekranlı, İntel Core 2 Duo prosessoru, DVD-RW ötürücüsü ilə, 1,3 Mp kamera və Bluetooth-la təchiz olunmuş büdcəvi Cosmopolitan Pink VAIO CR noutbukudur. Onun qiyməti Amerika bazarında 870$ olacaq. Nisbətən baha model 13,3 ekranlı, İntel Core 2 Duo prosessorlu və 320 GB sərt diskli, digər xüsusiyyətlərdə isə birinci modeli təkrarlayan  Glossy Pink VAIO SR noutbukudur. Qiyməti 1399 dollardır. Satışdan gələn faiz xərçənglə mübarizədə ümumdünya təşkilatlarının hesabına keçiriləcək. Bu noutbuku alaraq xeyirxahlıq etmək  artıq gələn ay baş tutacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə