Planşetdə də sərt disk olarmış

25-06-2011 / 08:37
Sərt disk istehsalında dünya liderlərindən olan Seagate dünyanın ilk sərt diskli planşeti üçün sərt disk istehsalına başlayıb. Yeni sərt disklər notbook üçün nəzərdə tutulmuş disklərə bənzəyir. Təqdimatı Parisdə keçirilən ARCHOS G9 planşetinin sərt diski Seagate Momentus Thin nəslindən olan 7 mm qalınlıqda olan sərt disklə işləyir.
Bundan başqa planşet 1.5 Qhs tezkikli prossesorla təmin olunub. Yaddaş qurğusu olaraq sərd diskin seçilməsinə səbəb istifadəçilərə daha geniş disk yeri təqdim etmək istəyindən irəli gəlir. Əvvəlki planşetlərdə USB yaddaşdan istifadə olunurdu və bu 32 QB-la məhdudlaşırdı. Sərt diskdə isə istifadəçilər 250 QB yaddaş imkanı yaranır. Sərt disk 320, 250 və 160 QB-lıq versiyalarda istehsal olunur.
8 düyümlük ARCHOS 80 G9 və 10 düyümlük ARCHOS 101 G9 bu ilin sentyabr ayında satışa çıxarılacaq. Planşetlərin satış qiyməti $279 və $349 planlaşdırılır. Onun analoqlarının qiyməti isə $499-dır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə