Bakı Dövlət Universiteti (BDU) ilə “Huawei” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində universitetdə “Smart Campus” və “Smart Classroom” rəqəmsal həlləri üzrə təqdimat və müzakirə sessiyası keçirilib.
Xeberler.az məlumat verir ki, tədbir “Huawei” İKT Akademiyasının təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədi daşıyıb.
Təqdimatda BDU-nun İnformasiya Təminatı Mərkəzi, Tədrisin Təşkili və İdarəolunması Mərkəzi və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşları iştirak ediblər.
“Huawei” şirkətinin texniki komandası tərəfindən universitet mühitinə inteqrasiya edilə biləcək rəqəmsal təhsil və idarəetmə sistemləri barədə geniş informasiya təqdim olunub.
Görüş çərçivəsində universitetin rəqəmsal transformasiya strategiyasına uyğun olaraq, “Huawei” ilə birgə həyata keçirilə biləcək təlim və inkişaf proqramları, texnologiyaların tətbiqi və texniki əməkdaşlıq sahəsində mümkün tərəfdaşlıq istiqamətləri müzakirə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları