Previous Next
Bağla

Azərbaycanlı tələbələr Huawei Yay düşərgəsində iştirak edəcəklər

05-08-2025 15:35
Azərbaycanlı tələbələr Huawei Yay düşərgəsində iştirak edəcəklər

İKT sahəsində nəhəng korporasiyalardan biri – “Huawei”in “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramının qalibi olan azərbaycanlı tələbələr Çində Yay Düşərgəsində iştirak edəcəklər. Həmin tələbələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib. Görüşdə “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse- prezidenti Angela Lin də iştirak edib.

Xeberler.az bildirir ki, yolasalma mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, gənclərin İKT üzrə təlim kurslarında iştirakı sənaye innovasiyalarını anlamağa və sahibkarlıq ruhunu formalaşdırmağa kömək edəcək. “Huawei” şirkətinin Baş ofisi, Tədqiqat və İnkişaf Mərkəzinə səfər onlara informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərini artırmaq imkanı qazandıracaq.

Nazir müavini Azərbaycanın rəqəmsal sahənin modernləşdirilməsi məqsədilə bir sıra vacib təşəbbüslər həyata keçirdiyini deyib. Həmçinin bildirib ki, ölkədə rəqəmsal inkişafı dəstəkləmək, süni intellekt sahəsində irəliləyişə təkan vermək və Azərbaycanın qlobal süni intellekt ekosistemindəki mövqeyini gücləndirmək məqsədilə 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul edilib. Bundan əlavə, süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi üçün Süni İntellekt Akademiyası yaradılır.

Gələcəkdə Azərbaycanda “Huawei” şirkəti ilə birgə Təlim Mərkəzinin yaradılması üzrə əməkdaşlıq təklif olunub.

Xatırladaq ki, “Huawei” şirkətinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlığı çərçivəsində indiyədək bir sıra uğurlu layihələr həyata keçirilib. Buraya azərbaycanlı tələbə və mütəxəssislərin Çində təlimlərdə iştirakı, “Gələcəyin Toxumları” (Seeds for the Future) proqramı çərçivəsində innovativ layihələrin və startapların maliyyələşdirilməsi daxildir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı gənclər Huawei-də təcrübə keçəcək

31-10-2019

İKT biliyinə malik ən yaxşı 10 tələbə Çində təlimlərə göndərilir

22-11-2018

“Huawei” Azərbaycanda İKT sahəsi üzrə istedadlı kadrların inkişafına töhfə verir

12-10-2023

Nazir “Huawei Enterprise Business Group”un prezidenti ilə görüşüb

30-10-2025

BANM tələbələri “Huawei” şirkətinin təşkil etdiyi beynəlxalq müsabiqənin qalibi oldular

10-08-2022

Huawei azərbaycanlı tələbələr üçün proqram elan edir

30-05-2017

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

Azərbaycan İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub

18-06-2025

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025

Nazir Huawei şirkətinin vitse-prezidenti ilə görüşüb

07-07-2017

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

BDU-nun rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03-03-2025

“Huawei” BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17-07-2025

Naxçıvanlı tələbələr Huawei-nin yay təlim toplantısında olublar

26-07-2019

BDU əməkdaşları “Huawei”in sertifikatına layiq görülüblər

26-05-2025

Nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatının 5-ci Baş Assambleyasında iştirak edib

06-02-2026

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

RİNN, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzalayıb

08-12-2021

“Huawei” müsabiqəsinin qalibi:“Bakı Ali Neft Məktəbini seçməkdə düzgün qərar vermişəm”

09-08-2022

İRİA: İndiyədək 30 milyondan çox məlumat dürüstləşdirilib

28-04-2025

İRİA ilə “Google” şirkətinin nümayəndəsi arasında görüş keçirilib

21-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə