Huawei yeni smartfonunu təqdim edib

16-04-2015 / 14:19

Çin şirkəti Huawei yeni P8 smartfonunu təqdim edib.

Xəbərlər-in newsru-ya istinadən verdiyi məlumata görə, model Londonda keçirilən tədbirdə nümayiş olunub.

Huawei P8 metal korpusa malikdir, qalınlığı 6,4 mm-dir. Aparat 5,2 düymlük displeyə, 1080-1920 piksel Full HD çəkilişə sahibdir və Gorilla Glass 3 şüşəsi ilə qorunur. Piksel sıxlığı 424 ppi təşkil edir.

Yeni smartfon 64-8 nüvəli prosessor ilə təchiz edilib. 3 GB yaddaşı var.

Daxili batareya gücü 2680 mAh-dır. Telefon 2015-ci ilin may ayından etibarən dünya bazarında satışa çıxarılacaq. 16 GB yaddaşlı Huawei P8 499 evro və 64 GB-lıq model isə 599 avrodur.

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə