Previous Next
Bağla

“Samsung” korporasiyası qatlanan smartfon istehsalını azaldacaq

24-12-2024 14:55
“Samsung” korporasiyası qatlanan smartfon istehsalını azaldacaq

Cənubi Koreyanın “Samsung” korporasiyası 2025-ci ildə qatlanan smartfon istehsalını azaltmağı planlaşdırır.

Xeberler.az məlumat verir ki, bu barədə Koreyanın “EtNews” nəşri məlumat yayıb.

Bildirilir ki, qatlana bilən qurğulara tələbatın azalması səbəbindən şirkət 2025-ci ildə “Z Fold” və “Z Flip” smartfonlarının istehsalını xeyli ixtisar edəcək. Gələn il 2 milyon “Z Fold 7” və 3 milyon “Z Flip 7” smartfon-planşeti buraxılacaq, yəni il ərzində bazara cəmi 5 milyon qatlanan flaqman qurğusu çıxarılacaq. Beləliklə, 2024-cü illə müqayisədə istehsal həcmi 3 milyon ədəd azaldılacaq.

Buna baxmayaraq, “Samsung” adi smartfon istehsalını artırmaq niyyətindədir. Belə ki, korporasiya “Galaxy S25” seriyasının flaqman telefonlarının istehsalını yeddi faiz artıraraq 37,4 milyon ədədə çatdırmaq niyyətindədir. Müqayisə üçün qeyd edək ki, “Samsung” 2024-cü ildə bazara 35 milyon ədəd “Galaxy S24” cihazı çıxarıb.

Cənubi Koreyanın korporasiyası 2025-ci il yanvarın 22-də “Samsung Galaxy S25” smartfonları seriyasının təqdimatını keçirəcək. Həmin seriyaya “Galaxy S25”, “Galaxy S25+” və “Galaxy S25 Ultra” modelləri daxil olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Samsung Galaxy Alpha-nın istehsalını dayandırır

30-12-2014

Samsung bir ay ərzində 5 milyon Galaxy Note 3 satıb

31-10-2013

Samsung qatlanan smartfon hazırlamağı planlaşdırır

04-09-2019

Samsung Galaxy Note 7-nin istehsalını dayandırır

10-10-2016

"Samsung"un flaqman modelinin satışları uğursuz olub

05-11-2020

Samsung GALAXY S II-nin satışı 3 milyona çatdı

04-07-2011

Galaxy Note 7 smartfonu yenidən satışa çıxarılır

28-03-2017

Samsung Galaxy S23+ və S23 Ultra-nın ilk rəsmi fotoları

27-12-2022

Samsung Pay 30 milyon dollar gəlir əldə etdi

26-09-2015

Galaxy Note 7 smartfonları niyə partlayıb?–Rəsmi

23-01-2017

Samsung qatlanabilən smartfonunu satışa çıxarır

25-07-2019

Samsung yeni smartfon təqdim edəcək

29-03-2016

Dünyanın ən güclü smartfonu hansıdır?

26-10-2015

“Apple” qatlanan planşet üzərində işləri dayandırıb

07-07-2025

Samsung Galaxy Note 7-nin satışını bərpa edib

01-10-2016

“Samsung” smartfonlarında süni intellekt pulsuz olacaq

16-01-2026

Samsung Cənubi Koreyadakı satışdan məmnun deyil

23-04-2015

Samsung Galaxy Note 10-un satışına başlanılıb

23-08-2019

Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017

Samsung Galaxy Note 10-un təqdimat tarixi açıqlandı

03-07-2019

Samsung i7500-in adını Samsung Galaxy oldu!

23-05-2009

Samsung-dan Galaxy Note 7 üçün yeni kompensasiya

24-10-2016

Samsung və Microsoft tərəfdaşlığını genişləndirəcək

09-08-2019

Samsung azarkeşləri işə cəlb edib

07-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə