Previous Next
Bağla

I sinfə qəbulda 900 uşaq müsahibədən keçib

30-07-2015 15:47
I sinfə qəbulda 900 uşaq müsahibədən keçib

Xəbər verdiyimiz kimi xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə aparılan müsahibələr davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Xəbərlər-ə verilən məlumata görə, artıq qeydiyyatdan 3 min 772 nəfər keçib. Qeydiyyatdan keçmiş uşaqlardan 742 nəfəri təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilən məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat alan xüsusi istedada malik və 6 yaşı sentyabrın 16-dan dekabrın 31-nə kimi tamam olan uşaqlar I sinfə müsahibədənkənar qəbul olurlar.

İyulun 21-dən indiyədək keçirilən müsahibədən 871 nəfər məqbul, 534 nəfər isə qeyri-məqbul cavab alıb. Cavablar iki gün ərzində mesaj şəklində valideynin mobil telefonuna və mektebeqebul.edu.az saytında yaratdığı şəxsi kabinetinə göndərilir.

Xatırladaq ki, müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Belə ki, uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçən valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Qeyd edək ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xüsusi istedada malik uşaqların I sinfə elektron qəbulu başladı

10-06-2016

1-ci sinfə qəbul üzrə elektron qeydiyyat başlayıb

09-07-2015

I sinfə 6810 uşağın elektron müraciəti qeydə alınıb

08-06-2017

1-ci sinfə qəbul üzrə müsahibənin vaxtı uzadılıb

14-07-2015

I sinfə elektron qəbul davam edir

30-09-2016

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

I sinfə elektron qəbul davam edir

19-09-2016

I sinfə qəbul üçün 3 mindən çox e-sorğu yerləşdirilib

01-06-2017

I sinfə elektron qəbul başlayır-Video

14-03-2017

İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

21-08-2024

Birincilərin elektron qaydada məktəbə qəbulu başlandı

05-03-2015

Indiyədək I sinfə 127 mindən çox uşaq qəbul edilib

19-08-2024

I siniflərə elektron qaydada qeydiyyatdan keçənlərin sayı açıqlandı

22-07-2015

Elektron qeydiyyat başlayıb

12-06-2018

Birinci sinfə qəbul üzrə 36 289 sorğu yerləşdirilib

04-04-2019

I sinfə elektron qəbul başladı -Video

01-03-2016

I sinfə qəbul üzrə 30 mindən çox sorğu yerləşdirilib

24-02-2018

I sinfə qəbulla bağlı 43 931 elektron müraciət daxil olub

22-07-2022

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

06-05-2026

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılıb

19-03-2019

Nazirlik: Elektron sistem ilə 57 minə yaxın sorğu yerləşdirilib

23-05-2018

Birinci sinfə qəbul üzrə 38 443 sorğu yerləşdirilib

29-04-2019

I sinfə e-müraciət ilə bağlı yenilik

03-04-2018

I sinfə elektron qəbul başladı

22-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə