Previous Next
Bağla

ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIQ

05-01-2009 16:06
ATƏT-LƏ İCTİMAİ TELERADİO ARASINDA ƏMƏKDAŞLIQ

Dünən ATƏT-in Bakı Ofisində qurumla İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair memorondum imzalanıb. Müqaviləyə əsasən ATƏT-in Bakı ofisinin dəstəyi ilə BBC mütəxəssisləri tərəfindən İctimai Teleradio əməkdaşları üçün keçirilən treninqlərin ikinci mərhələsinə start verilir. 

İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərov və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero tərəfindən imzalanan sənəddə qeyd olunur ki, ATƏT-in Bakı Ofisi ictimai xidmət üzrə öz dəyərlərini inkişaf etdirməklə, Azərbaycandakı demokratik proseslərdə katalizator ola bilmə potensialını reallaşdırmaqda İctimai Televiziyaya yardım etmək məqsədi daşıyan təlim proqramı təklif edir. Keçirilən treninqlərdə şirkət əməkdaşlarının idarəetmə bacarıqlarının artırılması, xəbərlər redaksiyasının idarə edilməsi, seçkilər, iqtisadiyyat və biznes, eləcə də araşdirma xarakterli reportajların hazırlanması sahəsində BBC ekspetləri öz təcrübələrini İctimai Teleradio əməkdaşları ilə bölüşəcəklər. Müqavilədə həmçinin sənədli filmlərin və maarifləndirici verilişlərin, qadın və uşaq məsələləri ilə bağlı proqramların hazırlanması ilə bağlı da treninqlərin keçirilməsi nəzərdə tutulur.

ATƏT-lə İctimai Teleradio arasında imzalanan memorandumu şirkət üçün faydalı hesab edən İ. Ömərov bildirib ki, bu layihə teleradio kollektivinin peşəkarlığının artmasında və beynəlxalq təcrübəni öyrənməkdə böyük rol oynayır. 

Xose Luis Herrero bildirib ki, ATƏT İctimai Teleradio ilə əməkdaşlığı bundan sonrada genişləndirmək niyyətindədir. Belə ki, artıq ikinci mərhələsinə başlanılan layihənin payız aylarında növbəti- sayca üçüncü fazası həyata keçiriləcək.

 

xeberler.az/Ellada

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ATƏT-in Bakı ofisinin İnternet saytı yenilənəcək

11-02-2009

İsmayıl Ömərov kommunikasiya məsələləri üzrə beynəlxalq tədbirdə iştirak edir

10-07-2009

Bakıda kibertəhlükəsizlik üzrə seminar keçiriləcək

07-09-2010

İctimai Televiziya 2010-cu ildəki fəaliyyətinə görə mükafatlandırıldı

07-12-2010

Bakıda kibercinayətlə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayıb

06-10-2011

ATƏT-in Ba­kı la­yi­hə əla­qə­lən­di­ri­ci­si Alek­sis Şax­tax­tins­ki: “Yüksək texnologiyalar üz­rə əməkdaşlıq qurmaqda maraqlıyıq”

05-06-2014

ATƏT-in Bakı ofisi “Elektron xidmətlərin qiymətləndirilməsi” mövzusunda Dəyirmi Masa keçirib

20-12-2013

“Euronews” kanalının Azərbaycan dilində yayımı üzərində iş gedir

17-11-2011

İTV ilə “Türkməneli” kanalı arasında niyyət protokolu imzalanıb

06-06-2009

Azərbaycanın Mətbuat Şurası ATƏT və Avropa Şurası ilə əməkdaşlığı genişləndirəcək

08-10-2009

Azərbaycan Parlamenti "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməyə hazırdır.

02-07-2010

Bakıda ənənəvi və onlayn media müzakirə edilib

17-07-2012

ATƏT İnternetin istənilən nəzarətinin əleyhinədir

25-11-2008

Teleradio İB yeni vericilər quraşdırıb

17-09-2009

ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

06-03-2013

Əli Həsənov: “Mətbuata qarşı inzibati resurslardan istifadə olunmayacaq”

25-08-2010

İTV-nin baş direktoru vəzifəsini tutmaq üçün elan olunan müsabiqəyə 3 namizəd qatılıb

02-04-2009

İTV-nin 3 departamenti birləşdirildi

07-10-2009

Sabah İTV-nin yeni baş direktoru bəlli olacaq!

15-04-2009

Milli Televiziya və Radio Şurasına qarşı şikayət rədd edilib

30-12-2009

Rabitəçilər “Virtual rinq”də

15-11-2010

Deputat ATƏT-in iclasında kibertəhlükəsizlikdən danışıb- Video

10-10-2017

Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

19-11-2009

İctimai TV-də kadr və struktur dəyişikliyi olub

16-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə