İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu və “PASHA Holding” Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçirilən “InMerge Innovation Summit” çərçivəsində “IDDA Awards 2023”ün qalibləri elan olunub və mükafatlandırma mərasimi keçirilib.
Xeberler.az xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva sponsor və təşkilatçılara təşəkkürünü bildirib.
İnarə Vəliyeva bildirib ki, mükafatın keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq və bu sahəyə olan marağı artırmaqdır. “IDDA Awards” üzrə mükafatlandırma 13 nominasiya üzrə aparılıb.
Daha sonra mükafatçılar elan olunub.
İlin ən yaxşı texnoloji ixtiraçısı nominasiyasında - Ceyhun Xəlilov, Rauf Heydərli, Mürsəl Həsənov yarışıblar. Bu kateqoriyada Ceyhun Xəlilov qalib olub.
İlin dijital layihəsi nominasiyasında - Tamerlan Məşədihəsənli, Səbuhi Kazımov, Elşad Xəlilbəyli yarışıb. Bu kateqoriyada Elşad Xəlilbəyli qalib olub.
İlin “Texnologiya Mediası” nominasiyasında - Cəmil Hüseynzadə, Tariel Ağazadə, Vüsal Yüsifli yarışıb. Qalib - Cəmil Hüseynzadə.
Daha sonra 10 nominasiya üzrə də qaliblər elan olunub.
Qeyd edək ki, “IDDA Awards” 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən və innovasiyalar sahəsində həyata keçirilən mükafatlandırma mərasimidir
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri