“İki ildir ki, Bakutel sərgisindən razı qalırıq”

04-12-2015 / 15:18

Rusiyanın “TVIP” şirkəti “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakdan tam razıdır.

Xeberler.az-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində “TVIP” şirkətinin kommersiya direktoru Maksim Şarapov söyləyib. “Biz ikinci ildir ki, “Bakutel” sərgisində iştirak edirik və bu iştirakın nəticələrindən çox razıyıq. Azərbaycanda tərəfdaşlarımız arasında bizim avadanlıqlardan istifadə edən aparıcı rabitə operatorları yer alır. Biz bu nəticələrə ötənilki sərgi ilə bu sərgiyə qədər keçən müddət ərzində nail ola bilmişik. Belə ki, Azərbaycanın rabitə operatorları ilə əməkdaşlığımız danışıqlar mərhələsindən avadanlıqların təmin edilməsi mərhələsinə qədər inkişaf edib”, - deyə M.Şarapov bildirib.

Rusiyanın “TVIP” şirkəti “IPTV” və “OTT” provayderləri üçün proqram təminatının işlənib hazırlanması və avadanlıqların istehsalı sahəsində ixtisaslaşıb.

Şirkətin əsas məhsul xəttinə “Linux”/“Android” operativ sistemləri əsasında işləyən yüksək rentabelli “IPTV”/“OTT” media mərkəzləri, “MPEG2”, “MPEG4” və “H.264” transkoder və enkoderləri, “IPTV”/“OTT” provayderləri üçün “Middleware” və “CAS” sistemləri daxildir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə