Bu gün Azərbaycanda Yüksək Texnologiyalar Həftəsi başlayıb.
Belə ki, hazırda Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel-2017 sərgi-konfransı keçirilir.
Xeberler.az-ın məlumatına görə, bu gün sərginin açılış mərasimi baş tututb.
Açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, ITE Group şirkətinin regional direktoru Edvard Strun və digər rəsmi qonaqlar iştirak edib.
Ramin Quluzadə çıxışında qeyd edib ki, artıq 23 ildir regionun ən vacib İKT hadisələrindən olan Bakutel sərgisi bu sahənin adamlarını bir araya toplayır.
Onun sözlərinə görə, sərgi-konfransı müxtəlif ölkələri əhatə edən dövlət və ictimai xadimləri, aparıcı biznes rəhbərlərinin ənənəvi görüş yeridir.
Ramin Quluzadə bildirib ki, Bakutel-də İKT sektorun nümayəndələri qlobal əhəmiyyətli layihələr, gələcək inkişaf prespektivləri barədə müzakirələr aparır, qərarlar qəbul edir.
Nazir onu da vurğulayıb ki, həmçinin Bakutel yeni texnologiyalar və həllər üçün maraqlı məkandır.
R. Quluzadə sərgidə şirkətlərlə yanaşı, startapların da yeni layihələr təqdim etdiyini də deyib. Onu sözlərinə görə, Bakutel statapların investor tapması üçün yeni şansdır.
Edvard Strun da çıxışında Azərbaycanda İKT sahəsində görülən işlərin timsalında Bakutel sərgisini yüksək qiymətləndirib. O, sərgi iştirakçılarına uğur arzulayıb.
Daha sonra rəsmi nümayəndələr şirkətlərin stendləri ilə tanış olub.Onlara yeni məhsullar haqda ətraflı məlumat verilib.
Qeyd edək ki, Bakutel sərgisində 20 ölkəni təmsil edən 192 şirkətin iştirak edir.
Şirkətlər arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var.
Belə ki, sərgiyə ilk dəfə BMC Software, Hikvision, Qmatic, Nexus Telecom şirkətləri qatılıb.
Sərgidə AIRBUS şirkəti də təmsil olunur.
Bu il dünyanın 10 ölkəsi – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri