Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Milli Mühəndislik və Elm Komissiyasının (NESCOM) sədri Məhəmməd İrfan Börninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində görüş keçirilib.
Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan xoş münasibətlərin formalaşdığını deyən nazir Əli Abbasov Azərbaycan-Pakistan münasibətlərinin inkişafında İKT və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu qeyd edib, bu sahədə aparılan islahatlar və həyata keçirilən layihələrdən söz açıb.
Xüsusən Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan nazir sözügedən istiqamətlərin “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin fəaliyyətində prioritet xətt təşkil etdiyini vurğulayıb. Pakistanla yeni əməkdaşlıq istiqamətlərinə də toxunan Ə.Abbasov əməkdaşlığın nüvə tədqiqatları ilə yanaşı, kosmik və yüksək texnologiyalar sahələrində də genişləndirilməsinə maraq göstərildiyini nəzərə çatdırıb.
Məhəmməd İrfan Börni də Azərbaycan ilə Pakistan arasında tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, dostluq zəminində davam edən bu münasibətlərin daim qorunub saxlanmasına hər iki ölkənin böyük önəm verdiyini ifadə edib. NESCOM sədri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılmış “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində baş tutan görüşdən və təsisatla tanışlıqdan da söz açaraq, Azərbaycanda nüvə texnologiyalarının inkişafına Pakistanın öz zəngin təcrübəsi ilə töhfə verə biləcəyini bildirib. Əlaqələrin daha da dərinləşməsində maraq göstərilən sahələri dəstəklədiklərini qeyd edən pakistanlı qonaq insan kapitalının formalaşdırılması, proqram təminatı, kibertəhlükəsizlik həlləri istiqamətləri üzrə əməkdaşlığın qurulmasını da vacib sayıb.
Daha sonra Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə yeni sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri