Previous Next
Bağla

İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

04-09-2018 11:48
İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

Biləsuvar rayonun 7 saylı orta məktəbində keçiriləcək “İKT üzrə yay düşərgəsi”nə sənəd qəbulu başa çatdı. Sentyabrın 5-dən başlayacaq təlimlərdə iştirak hüququ qazanmaq üçün ümumilikdə 315 şagird imtahanlarda iştirak edib.

Xeberler.az məlumat verir ki, sentyabrın 5-də imtahanda iştirak edən şagirdlər marasından, 3 yaş qrupu üzrə 45 şagird Tədris düşərgəsinə (Bootcamp) seçilib. İKT üzrə yay düşərgəsi-nə qəbul olan məktəblilər 10 gün ərzində, kompüter kodlaşdırmasının əsaslarını öyrənməklə yanaşı, sosial bacarıqlarını və liderlik qabiliyyətlərini də inkişaf etdirəcəklər.

Tədris düşərgəsində dərs deyəcək təlimçilər ölkənin qabaqcıl tədris müəssisələrindən olan Code Academy-nin peşəkar müəllimləri arasından seçilib. Tədris düşərgəsinə seçilmiş VII-IX sinif şagirdləri intensiv kodlaşdırma dərsləri alacaqlar.

HTML, Scratch və Python kimi proqramlaşdırma dillərinin tədris edildiyi düşərgəni fərqlənmə ilə bitirən məktəblilər kompüter və mobil telefon kimi dəyərli hədiyyələr qazanacaq. Ən əsası isə, bilikləri ilə fərqlənən şagirdlər Code Academy-də təhsil almaq imkanı əldə edəcəklər. Tədris düşərgəsi həmçinin iştirakçı şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsini, onların sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.

Məktəblilərdə elmə və təhsilə həvəs yaratmaq və onların nəzəri və təcrübi biliklər qazanmasını qarşısına hədəf qoyan “İKT üzrə yay düşərgəsi”ndə iştirak etmək ödənişsizdir. Bu layihə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Olimpiada ilə bağlı seçim turu keçirilib

19-10-2015

Code Academy proqramçılar hazırlayacaq

21-09-2015

İKT üzrə təlimlər keçirilib

02-10-2018

Məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri keçiriləcək

17-07-2018

“Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir

25-06-2019

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

Tələbələrə Code Academy barədə məlumat verilib

26-05-2016

Təhsildə İKT-nin tətbiqi ilə bağlı təlim keçirilib

11-11-2015

1 şagird:1 kompüter layihəsi üzrə təlim keçirilib

02-12-2015

Azərbaycan müəllimləri Moskvada İntel treninqində iştirak edəcək

22-09-2010

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb

20-06-2022

Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

11-06-2015

İKT ilə bağlı böyük sosial layihə başladı

22-09-2017

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016

İKT üzrə təlimlərdə iştirak edənlər mükafatlandırılıb

04-06-2015

Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

01-07-2016

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024

ADA-nın “Yay düşərgəsi” Azercell-də!

26-07-2021

Rəqəmsal bacarıqlar pilot layihəsi uğurla davam etdirilir

04-10-2018

Şagirdlər dərsdə telefondan istifadə edə bilməyəcək

12-09-2025

“Elektron Təhsil” müsabiqəsinə 46 layihə təqdim olunub

03-10-2015

ADA-nın “Yay düşərgəsi” növbəti dəfə Azercell-də!  

13-07-2022

Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib

22-10-2015

Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

24-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə