Code Academy proqramçılar hazırlayacaq

21-09-2015 / 12:50

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı təhsil üzrə Code Academy layihəsinin ikinci proqramına başlayır.

YTP-dən Xeberler.az-a verilən məlumata görə, sentyabrın 28-də başlayacaq ikinci proqram çərçivəsində Code Academy-də 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçiriləcək.

İkinci Proqram çərçivəsində iştirakçılara üç fərqli dərs proqramı yüksək səviyyədə tədris olunacaq.

Bunlar aşağıkılardır:

Full Stack Web Developer (Tədris olunacaq texnologiyalar HTML/HTML5 , CSS/CSS3 , CSS frameworks , CSS preprocessors (LESS , Sass) , Native Javascript / Jguery , PHP / MySQL , PHP Frameworks (Laravel))

Javascript Developer ( Javascript OOP, JS Frameworks (Angular.js , React v.s))

Back-end Developer (Advanced PHP , MVC Architecture , OOP)  

Bundan əlavə , proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə biləcək. Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik “workshop”-ları təşkil olunacaq, bununla iştirakçılara fərqli yanaşmalar təqdim olunacaqdır. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm intervülərə hazırlaşacaq, həm də onların böyük şirkətlərlə görüşləri təşkil ediləcək.

Qəbul prosesi bir neçə addımdan ibarətdir. Aldığımız məlumata görə,qəbul prosesində ilk olaraq iştirakçılardan müsahibə götürüləcək.  Bundan əlavə, ingilis dili bilikləri, alqoritmik biliklər, riyazi, və məntiqi biliklər yoxlanılacaq. Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər.

Qeyd edək ki, proqram ödənişlidir. Proqramın ödənişli olmasına baxmayaraq müsahibədən və imtahanlardan asılı olaraq güzəştlər ediləcək.

Daha geniş məlumatı www.code.edu.az ünvanından əldə edə bilərsiniz.

Ağasəf Haqverdiyev 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə