Previous Next
Bağla

Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

11-06-2015 15:17
Yüksək Texnologiyalar Parkı yeni layihəyə başlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı təhsil üzrə yeni layihəyə başlayıb. 

YTP-dan  Xeberler.az-a verilən məlumata görə, Parkda fəaliyyətə başlayan Code Academy İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir.

Bu layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.

Belə ki, iyunun 20-da  tədrisə başlayan Code Academy-də intensiv tədris və real iş şəraitilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçiriləcək.

Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, HTML5 & CSS3, JavaScript əsasları, PHP&MySQL  bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris ediləcək. Nəzəri biliklərlə yanaşı, proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə biləcək.

Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik “vorkshop”-ları təşkil olunacaq, bununla iştirakçılara fərqli yanaşmalar təqdim olunacaqdır. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm intervülərə hazırlaşacaq, həm də onların böyük şirkətlərlə görüşləri təşkil ediləcək.

Layihə üzrə məzunlar İKT sahəsində real biliklər əldə etməklə yanaşı, Code Academy-nin təqdim etdiyi üstünlüklərdən faydalanacaq. Belə ki, UDEMY tədris portalından ödənişsiz istifadə, Akademiyanın şəbəkəsinə qoşulmaq və s. kimi üstünlüklər nəzərdə tutulub.

Qeyd edilir ki, YTP-ya dəstək olanlar  arasında Microsoft və Uber-in olması Akademiyaya xüsusi dəyər qatır. Daha dəqiq desək, iştirakçıların master-klaslara tam fokuslanmalarını təmin etmək məqsədi ilə Uber tərəfindən ödənişsiz xüsusi sürücü xidməti təqdim ediləcək. Microsoft isə öz növbəsində Microsoft Office 365 və Bizspark proqramı üçün lisenziya ilə təmin edəcək.

Qəbul prosesi bir neçə addımdan ibarətdir. Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər. Müraciət etmək istəyənlər bu formanı - https://goo.gl/xHOj6L doldurub göndərə bilər.

Daha geniş məlumatı www.codeacademy.az ünvanından əldə edə bilərsiniz.

 

Ruhəngiz Muradova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Code Academy proqramçılar hazırlayacaq

Code Academy proqramçılar hazırlayacaq

21-09-2015
Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

Code Academy-də ilk dərslər iyunun 29-da başlayacaq

24-06-2015
Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

Code Academy proqramçı hazırlamağa davam edir- Güzəştli şərtlərlə

08-01-2016
Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

24-01-2017
Tələbələrə Code Academy  barədə məlumat verilib

Tələbələrə Code Academy barədə məlumat verilib

26-05-2016
Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

Code Academy məzunları PRONET şirkətində işləmək şansı qazanacaq

01-07-2016
Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

Code Academy-nin məzunları sertifikatla təltif olunub- Fotolar

23-05-2016
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır

20-05-2026
İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

04-09-2018
Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir

21-11-2024
“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

“Code Academy” layihəsini bitirən tələbələrin “Məzun günü” keçirilib

04-11-2024
BBF Code Academy ilə əməkdaşlığa başlayıb

BBF Code Academy ilə əməkdaşlığa başlayıb

21-04-2016
Proqramçılar yetişdirən Code Academy-dən reportaj

Proqramçılar yetişdirən Code Academy-dən reportaj

28-09-2015
NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

NRYTN-nin elan etdiyi təqaüd proqramına qoşulan təhsil müəssisələrinin sayı artıb

29-09-2021
“Peerstack Academy” 3-cü mərhələ üzrə  qəbul elan edir

“Peerstack Academy” 3-cü mərhələ üzrə qəbul elan edir

08-10-2025
   Yüksək Texnologiyalar Parkı yeni layihəyə  başladı

Yüksək Texnologiyalar Parkı yeni layihəyə başladı

24-02-2016
İRİA və "EPAM Azərbaycan" "Karyera Mükəmməlliyi" proqramına start verir

İRİA və "EPAM Azərbaycan" "Karyera Mükəmməlliyi" proqramına start verir

17-03-2026
KATV1  gənclər üçün biznes tədris proqramına  başlayıb

KATV1 gənclər üçün biznes tədris proqramına başlayıb

05-02-2016
Data Science Academy  fəaliyyətə başlayıb

Data Science Academy fəaliyyətə başlayıb

18-10-2019
Ötən həftə İKT sahəsində nə baş verdi?

Ötən həftə İKT sahəsində nə baş verdi?

15-06-2015
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026
Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

Bakı Dövlət Universitetində “Code8 Hackathon” keçirilib

03-07-2025
Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

Digital Girls – Milli Təlim Proqramı layihəsinə start verilib

19-12-2019
“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

“Microsoft Azerbaijan” yeni layihəyə başlayır

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə