Previous Next
Bağla

İKTA Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlilini aparıb

07-11-2024 18:44
İKTA Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlilini aparıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlili aparılıb.

Təhlildə 2023-cü ilin iyunundan 2024-cü ilin avqustuna qәdәr olan dövrdә MDB-yə daxil olan Azәrbaycan, Ermәnistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan vә Özbәkistanda internet performans göstәricilәri әtraflı araşdırılıb.

Eyni zamanda “Ookla”nın hər ay açıqladığı “Speedtest Global Index” mәlumatlarından istifadә edilәrәk median vә orta (mean) göstәricilәr әsasında sabit genişzolaqlı vә mobil internet sürәtlәri, hәmçinin gecikmә (latency) tәhlil edilib.

Sözügedən dövr ərzində sabit genişzolaqlı internetin orta “download” sürətinin ən yüksək artımı (76,25%) vә orta “upload” sürətinin ən yüksək artımı (68,38%) Azərbaycanda müşahidə olunub. Qeyd edək ki, təhlil dövründə Azərbaycanda internet abunəçilərinin sayı 2,1 milyondan çox olub.

İllik müqayisədə mobil internetin sürətində də artım mövcuddur. Belə ki, 2023-cü ilin sentyabrında ölkəmizdə mobil internetin median sürəti (download) 44,88 Mb/s olduğu halda bu ilin analoji dövründə həmin göstərici 23,93% artaraq 55,62 Mb/s -yə çatıb.

Qeyd edilən dövr üzrə mobil internetin median sürəti (upload) 2,09 Mb/s, yaxud 15,94% yüksələrək 13,11 Mb/s-dən 15,20 Mb/s-yə çatıb. Bu göstəricilər isə faktiki olaraq ölkəmizin 8 pillə irəliləyərək 56-cı yerdən 48-ci pilləyə qalxması deməkdir.

Cari təhlildə Azәrbaycanın internetin orta sürәti ilә bağlı qoyduğu hәdәflәrә 2024-cü ilin yanvar ayından nail olduğu hüquqi cәhәtdәn vә mәlumat bazası әsasında sübuta yetirilib. Xüsusәn “Ookla”nın internetin orta sürəti ilә bağlı indikatorlarda dәyişiklik etmәsinin orta sürәt anlayışı ilә bağlı necә anlaşılmazlıq yaratdığı göstәrilib.

Qeyd edək ki, 2023-cü ilin aprel ayından etibarәn “Ookla” orta sürәt mәlumatları əvəzinə, median sürәtlәrin tәqdim edilmәsinә başlayıb.

Buna baxmayaraq xüsusi proqram vasitәsilә orta sürәt mәlumatları әldә edilib vә әldә olunan mәlumatların müqayisәli statistik tәhlili aparılıb.

Tәhlillәr göstәrir ki, Azәrbaycan internet göstәricilәrindә әhәmiyyәtli irәlilәyişlәr nümayiş etdirib. Belə ki, Azәrbaycan son bir ildә baxdığımız bütün göstәricilәr üzrә yalnız irәlilәyiş әldә edib vә heç biri üzrә gerilәmәmiş üç MDB ölkәsindәn biridir.

Qeyd edək ki, bu hesabat tәdqiqatçılar üçün MDB regionunda internet bağlantısının cari vәziyyәtini vә perspektivlәrini anlamağa yardım edәcək.

Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən ay Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

16-01-2026

Azərbaycan sabit genişzolaqlı internetin sürəti üzrə irəliləyib

16-01-2025

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-05-2025

İnternetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

30-04-2020

Azərbaycan mobil internetin sürətinə görə 3 pillə irəliləyib

18-04-2023

Azərbaycan mobil internetin sürətinə görə irəliləyib

16-12-2022

Azərbaycan mobil internetin sürətinə görə 7 pillə irəliləyib

16-03-2023

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

16-07-2025

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

19-01-2022

Azərbaycan mobil internetin sürətinə görə bir pillə irəliləyib

17-02-2025

Azərbaycan genişzolaqlı internetin sürətinə görə 1 pillə irəliləyib

16-11-2021

Azərbaycan avqustda genişzolaqlı internetin orta sürətində irəliləyib

18-09-2025

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-10-2024

Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

18-01-2023

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

18-08-2025

Azərbaycan internetin sürətinə görə geriləyib

17-08-2022

Azərbaycan genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

25-11-2024

Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə yerini qoruyub

17-03-2025

Genişzolaqlı internetin orta sürəti 19 faiz artıb

18-05-2026

Azərbaycanda genişzolaqlı internetin orta sürəti artıb

16-03-2026

Mobil və sabit internetin sürəti dekabrda azalıb

21-01-2021

Azərbaycan mobil internetin sürətinə görə dünyada 3 pillə irəliləyib

19-07-2022

Azərbaycan internetin sürətinə görə geriləyib

16-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə